Şok nədir?

  • Müəllif: admin1
  • Tarix: 26 dekabr 2016
  • Baxış sayı: 4 098
  • 0 rəy

Şok nədir?
Şok orqanizmin neyrohumoral tənzim mexanizmlərində fövqəladə qıcıqlandırıcıların təsiri ilə əmələ gələn və mərhələlərlə inkişaf edən reflektor patoloji reaksiyalar kompleksidir. Şok toxumaların aşağıdakı simptomlarla xarakterizə olunur:
– toxumaların qanla təhcizatının azalması
– hipoksiya
– həyati funksiyaların kəskin surətdə zəifləməsi.
Şoka eksterimal vəziyyətə düşmüş orqanizmdə həyatın mühafizə edilməsinə yönəlmiş passiv qoruyucu reaksiyalar kompleksi kimi baxmaq olar. Bütün tipik patoloji prosesslər kimi, şok da bioloji növün mühafizəsinə yönəlmiş adaptiv xarakterli reaksiyalar kompleksidir. Şokun əmələ gəlməsinə aşağıdakılar səbəb ola bilir:
– ağrılar
– ağır travmalar
– humoral amillər.
Yarandığı vaxta görə şokun erkən və gecikmiş formaları var. Şok zamanı mərkəzi sinir sistemində oyanma, ləngimə və ya üzülmə baş verə bilir. Ümumi və yerli qan dövranında, tənəffüs sisteminin və endokrin vəzilərin fəaliyyətində, həmçinin maddələr mübadiləsində pozğunluqlar müşahidə edilir.
Şokun ən çox təsadüf edilən səbəblərindən biri mexaniki travmalardır. Çox vaxt travmaların nəticəsi məhz orqanizmin şok vəziyyətinə düşüb-düşməməsindən asılı olur.
Şok zamanı mərkəzi sinir sisteminin fəaliyyəti zəifləyir. Patologiya beyin qabığında ləngimə prosesini daha da dərinlşdirir, beyin kötüyünü və onurğa beyni əhatə edir.Beynin fəallığının azalması nəticəsində arterial təzyiq aşağı düşür, nəbz sürətli olsa da dolğun vurmur, tənəffüs seyrəkləşir.
Şok orqanizmdə qəfildən baş verir və həyati əhəmiyyətli orqanlarda patoloji dəyişikliklərin əmələ gəlməsinə səbəb olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Şok nədir?" haqqında müzakirə