Toy gecəsi nə etməli ? Qadın və Kişi məsləhətlər

  • Müəllif: Dr.Nicat
  • Tarix: 25 aprel 2017
  • Baxış sayı: 94 724
  • 0 rəy
Toy gecəsinə çox vaxt zifaf gecəsi də deyirlər.
Bəzən ona şəbi-zifaf, leyleyi-zifaf, Gərdək gecəsi da deyirlər.
Əfsuslar olsun ki, çox vaxt toy gecəsi
xoşbəxt ailə həyatının başlanğıcı yox, sonsuz dava-dalaşın,
incikliyin başlanğıcı olur.
Bu məqaləni yazmaqda məqsədimiz də bu gecəni xoşbəxt ailə həyatının başlanğıcı etməyinizə
kömək etməkdir aşağıdakı məsləhətlərə riayyət etsəniz Toy Gecəniz Qənaət bəxş olacaq

İlk olaraq tərəflər öz inancından asılı olaraq hərəkət etməlidir Misal üçün əgər hər iki partnyor
 müsəlmandırsa yaxşı olar ki Bu gecənin xüsusi namazın qılsın
 
Kişilərə məsləhətlər
  1. Bəzən qız birinci gecədən elə qorxur ki, sonra uzun müddət cinsi əlaqədən imtina edir. Nəzərə alanda ki, rəfiqələri,oxuduğu kitablar, baxdığı filmlər və s. onda müəyyən qorxular yaradır, bəy çalışmalıdır ki, qızla ehtiyatlı olsun.
  2. Oğlan (bəy) nə qədər incə və mehriban olsa, qızı nə qədər çox sığallasa o qədər də qız cəsarətlənər, qorxmaz. Bəy çalışıb cinsi əlaqəyə qədər qızı ehtiraslandırmalıdır.
  3. Deflorasiya yəni qızlıq pərdəsinin açılması. Əgər qızlıq pərdəsi kobud şəkildə cırılsa bu pis nəticələrə gətirib çıxara bilər. misal üçün qanaxmadan qız dünyasın dəyişə bilər ki dəfələrlə bu baş verib.
  4. Yaddan çıxarmaq olmaz ki, deflorasiya mütləq Toy gecəsi olmamalıdır. Bəzən olur ki, qızlıq pərdəsi anadangəlmə
  5.  qüsur olur yaxud idmanla məşğul olan qızlarda o bilməyərəkdən cırılır. Həm də mümkündür ki, qızlıq pərdəsi
  6.  cırılsın, lakin qanaxma olmasın, və yaxud ola bilər ki qızın pərdəsi elastikdir 
  7. (bu halda Həkim ginekoloqa müraciət edin) Bu heç də qızın bakirə olmadığı demək deyil.
  8. Qızlıq pərdəsin açdıqdan sonra əgər qızda ağrılar vardırsa cinsi əlaqəni saxlamağınız məsləhətdir.
 
Qadınlara məsləhətlər
  1. Əziz xanımlar çalışın ilk gəcə yaxınlıqdan əvvəl mütləq intim gigiyenaya ciddi riayyət edin
  2. Əgər tərəf müqabilinizdə həyəcandan və ya başqa səbəblərdən cinsi orqanı ereksiya vəziyyətinə gəlməyibsə noldu? bəlkə kömək edim? niyə belə oldu? kimi sualları vermək QƏTİYYƏN OLMAZ çünki tərəf müqabilinizi daha da dərin stressə sala bilərsiz ki bu da sizin ilk gecənin püç olduğu anlamına gəlir
  3. Əgər gənc ər seksual məsələlərdə savadsızdırsa və əvvəllər heç vaxt qadınla olmayıbsa, belə olan halda ilk toy gecəsi onda da özünə inamsızlıq və həyəcan hissləri yarada bilər. 
  4. Qanaxmaya nəzarət edin. Qanaxma dayanmadığı halda mütləq cinsi əlaqəni saxlayıb qanaxmanı saxlayın 
  5. Əziz xanımlar unutmayın əgər cinsi əlaqə incə və sevgi ilə olursa ağı hissidə çoox cuzi olur və tez keçir
Ümumi Məsləhətlər (Qadın + Kişi)
  1. Toy günü restoranda spirtli içki qəbul etmək olmaz
  2. Toy gecəsi ağır yemək olmaz. Xüsusilə də xəmir xörəkləri, yağlı ət və s.
  3. Toy gecəsi olanlar gərək yaddaqalan, unudulmaz bir xatirə olsun. 
  4. Toy gecəsi qanqaraçılıq etmək, adamı əsəbiləşdirən şeylərdən uzaq qaçmaq lazımdır. Ona görə də toy gecəsi olacaq otaq sakit, səs-küydən uzaq, çarpayı isə rahat olmalıdır.
  5. Toy gecəsi ilk cəhd uğursuz alınarsa, onda uzunmüddətli sinir pozuntu və tormozlanmalar yarana bilər ki, bunun da müalicəsi çox çətindir.
Qeyd etmək lazımdır ki, həqiqətən ən təmiz qızlarda belə qanaxma olmaya bilər. Bu aşağıdakı hallarda baş verir:

  1. Körpə yaşlarından qızlıq pərdəsinin qeyri-normal yarımçıq inkişafı nəticəsində o, aypara şəklində olarsa
  2. Qızlıq pərdəsi nisbətən qalın ve möhkəm olarsa
  3. Qızlıq pərdəsində qan damarları çox azdırsa və ya yırtılan hissədə heç yoxdursa
  4. Nadir hallarda tamamilə bütöv olan qızlıq pərdəsi
  5. Nəhayət, bəzi hallarda müxtəlif səbəblərdən (yıxılıb zədələnmək və.s) qızlıq pərdəsi izdivaca qədərki müddətdə yırtılıbsa
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...

"Toy gecəsi nə etməli ? Qadın və Kişi məsləhətlər" haqqında müzakirə