Bayılmalar zamanı həkiməqədər ilk tibbi yardım

  • Müəllif: admin1
  • Tarix: 26 dekabr 2016
  • Baxış sayı: 4 233
  • 0 rəy

Bayılmalar zamanı həkiməqədər ilk tibbi yardım.
İnsanın həyatında bəzi hadisələr baş verir ki, çıxılmaz vəziyyətdə qalır. Belə vəziyyətlər sağlıqla əlaqədar olursa, tez bir zamanda çalışıb vəziyyətdən çıxmaq lazım gəlir. Həkimə qədər tibbi yardımı bilməkdə çox fayda vardır. İnsanların başına qəfil pis hadisələr gəldiyi zaman ətrafda kiminsə onu bu vəziyyətdən çıxarması və həkiməqədər yardım etməsi, bəzən bir insan ömrünü xilas edə bilər.
Baş verən xoşagəlməz hadisələrdən biri də bayılmalardır. Bayılmalar (huşun itməsi) bir-neçə səbəbdən baş verə bilr:
* ürək tutması
* qanaxma
* nevroloji xəstəliklər.
Bayılma beyin-qan dövranının müxtəlif səbəblər üzündən qəfil pozulmasıdır. Qəfildən beynə qan çatışmazlığı zamanı huş itir və insanın yıxılmasına səbəb olur. Bəzi insanlarda vardır ki, onlar qan gördükdə, qəfildən pis bir xəbər eşitdikdə də bayılırlar. Bəs bayılmalar zamanı ilk tibbi yardım necə göstərilməlidir?
Bayılmalar zamanı ilk növbədə çalışıb bayılanın başının yerə dəyməməsinə çalışmaq lazımdır. Sonra görüləcək ilk iş bayılan şəxsin paltarlarının yaxasını açmaq və başının bədənindən aşağı saxlamağa çalışmaq lazımdır. Əgər hadisə evdə baş veribsə, qapı pəncərəni açmaq, küçədə baş veribsə isə ətrafında olan adamları kənarlaşdırmaq lazımdır. Xəstənin qusacağının nəzərə alıb üzünü yavaşca yana çevirmək lazımdır ki, qusma baş versə qusuntu kütləsi qida borusuna düşməsin. Xəstənin rahatlığını təmin etdikdən sonra onun üz-gözünə su vurmaq və ya naşatır spirti iylətmək xəstənin ayılmasına səbəb ola bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Bayılmalar zamanı həkiməqədər ilk tibbi yardım" haqqında müzakirə