Yaşla əlaqədar dəridə əmələ gələn ləkələrin aradan qaldırılmasının 5 sadə yolu

  • Müəllif: elnare
  • Tarix: 12 aprel 2017
  • Baxış sayı: 6 322
  • 0 rəy

Yaşla əlaqədar dəridə əmələ gələn ləkələrin aradan qaldırılmasının 5 sadə yolu.

Yaşlaşdıqca qadınların dərilərində piqment ləkələri meydana gəlməyə başlayır. Piqmentləşmə qadınlarda əsasən 40 yaşından sonra meydana gəlməyə başlayır. Bəzi qadınlar üzün dərisin əmələ gələn piqment ləkələrinin qaraciyər xəstəlikləri səbəbindən baş verdiyini deyir. Amma, qadın orqanizmində menopauzaya yaxın dövlər onlarda bir çox patologiyaların əmələ gəlməsinə səbəb olur. Bu patologiyalar arasında dəridə əmələ gələn ləkələr də yer alır. Aşağıdakı vasitələrlə dərinə əmələ gələn piqment ləkələrdən xilas olmaq mümkün olur:

1. Təzə sıxılmış aloe şirəsi

Təzə sıxılmış aloe şirəsinin tərkibində olan kimyəvi birləşmələr dərini ölmüş toxumalarda xilas edir və yeni hüceyrələrin əmələ gəlməsinə səbəb olur. Uzun müddət üzün dərisinə təzə sıxılmış aloe şirəsi sürtmək dəridəki piqment ləkələrinin aradan qalxmasına səbəb olur.

2. Təzə sıxılmış limon şirəsi   

Gün ərzində bir-neçə dəfə üzü təzə sıxılmış limon şirəsi ilə silmək piqment ləkələrinin qısa müddətdə aradan qalxmasına səbəb olur. Buna səbəb isə limon şirəsinin tərkibində olan turşulardır.

3. Xren kökü

Janett Cekninin  "Dəriniz üçün ağıllı tibbi məsləhətlər” kitabında xren kökü, limon şirəsi, sirkə və rozmarin efir yağının qarışımından hazırlanmış məhlulun dəridəki piqment ləkələrinin aradan qaldırılmasında böyük rol oynadığı qeyd edilmişdir.

4. Perekis

3-5%-li perekis məhlulu ilə üzdəki ləkələrin üstünü gündə bir-neçə dəfə silmək piqment ləkələrinin aradan qalxmasına səbəb olur.

5. Ayran

Ayran üzdə ələmə gələn piqment ləkələrinin aradan qalxmasına səbəb olur. Bunun üçün gün ərzində bir-neçə dəfə üzə ayran sürtüb quruduqdan sonra ilıq su ilə yumaq lazımdır. Ləkələrin təmizlənməsinə səbəb isə ayranın tərkibində olan süd turşusu səbəb olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Yaşla əlaqədar dəridə əmələ gələn ləkələrin aradan qaldırılmasının 5 sadə yolu" haqqında müzakirə