Bakteriemiya nədir?
Bakteriemiya bu və ya digər infeksion agentin (bakteriyanın) qanda sirkulyasiyasıdır. Bakteriemiyanın mənbəyi aşağıdakılar ola bilir:
1. Orqanizmə olan müxtəlif xroniki infeksiya ocaqları:
– tonzillit
– haymorit
– karies dişlər
– otit
– osteomielit
– proktit
– frunkulyoz.
2. Qarın böşluğu üzvlərində, sidik-cinsiyyət üzvlərində, ürəkdə damarlarda, diz oynağında baş verən müxtəlif cərrahi müdaxilələr.
3. Daxili üzvlərdə invaziv müayinələr:
– sidik kisəsinin kateterizasiyası
– qastroduodenoskopiya
– kolonoskopiya
– bronxoskopiya
– iriqoskopiya
– ağız boşluğöu manipuliyasiyaları.
4. Parenteral infeksiyalar (sterilliyə əməl olunmadıqda).
Bakteriemiya orqanizmdə bir çox xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Bunlardan ən ağırı infeksion endokardit xəstəliyidir ki, bu zaman ürək zədələnir.
Hər bir insan həyatı boyu ən azı bir dəfə bakteriemiyaya məruz qalır. Normal şəraitdə sağlam adamın orqanizmi bakteriemiyanı törədən yad cismi məhv etmək qabiliyyətinə malikdir. Bu zaman bəzi xəstələklər, o cümçlədən infeksion endokardit inkişaf eləmir.
Bakteriemiyanın diaqnozu qanda patologiya törədən bakteriyaların tapılması ilə qoyulur.
Müalicə bakteriyanın növünə və ona həssas olan antibiotiklərə əsaslanır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Bakteriemiya nədir?" haqqında müzakirə