Soğan qabığının bilinməyən faydaları.
Elm adamları soğan qabığının insanlara məlum olmayan faydalarını kəşf edib. Onların araşdırmaları soğan qabığında fitonsidin, vitaminlərin, müxtəlif elementlərin və digər bioloji aktiv maddələrin olmasını aşkara çıxarıb. Soğan qabığının tərkibində olan mikroelementlər virus infeksiyalarının qarşısını alır. Soğan qabığından hazırlanan maddə bronxial astma və bronxit xəstəliklərinin sağalmasına səbəb olur, aybaşı pozulmalarının qarşısını alır. Soğan qabığı dəmləməsi sidik sistemi orqanlarının infeksiya xəstəliklərini müalicə edir.
Soğan qabığı dəmləməsi damarların divarlarını təmizləmək qabiliyyətinə malik olduğuna görə o, yaddaşı möhkəməndirir və ürək-damar xəstəlikləri riskinin qarşısını alır.
Soğan qabığı dəmləməsinin orqanizmi yenidən canlandırmaq qabiliyyətinə malik olması öz sübutunu tapıb. Belə ki, soğan qabığının tərkibindəkilər orqanizmi toksinlərdən və şlaklardan təmizləyir.
Soğan qabığının rafinə edilməmiş yağından 20 damcı gündə 3 dəfə yeməkdən əvvəl qəbul edildikdə ateresklerozun qarşısını alır.
Soğan qabığının suyunda ayaqları vanna etdikdə ayaq göbələklərindən xilas olmaq mümkün olur. Soğan qabığı dəmləməsi qatılan vannada oturmaq varikoz genəlmə əlamətlərini aradan qaldırır. Bunun üçün çoxlu miqdar soğan qabığı qaynadılır, suyu süzülür və üzərinə 2 xörək qaşığı zeytun yağı və ya üzüm çəyirdəyi yağı əlavə edilir.
Soğan suyu ilə saçlar yuyulduqda tüklər canlanır, parlaq olur. Soğan suyu saç tökülmələrinin qarşısını alır, tüklərin dibini bərkidir. Davamlı olaraq saçları soğan suyu ilə yumaq sağlam və parlaq saçların əmələ gəlməsinə səbəb olur. Soğan suyu ilə saçları yumaq saç dərisində olan göbələk xəstəliklərinin sağalmasına səbəb olur.
Davamlı olaraq soğan suyu ilə saçları yumaq saçları təbii rənglə rənglənməsinə səbəb olur.
Aybaşı pozğunluqları zamanı hormonal disbalansın normallaşmasında soğan suyu dəmləmsinin böyük faydası var. Bu vasitə ilə bəzi həkimlər də xəstələrini müalicə edirlər. Bunun üçün 6-8 qaşıq xırdalanmış soğan qabığının üzərinə 3 litr su tökülüb 15 dəqiqə qaynatmaq və otaq temperaturuna qədər soyutmaq və gündə 2 dəfə yeməkdən 30-40 dəqiqə əvvəl yarım stəkan içmək lazımdır.
Angina zamanı 1 stəkan qaynar suya 2 xörək qaşığı xırdalanmış soğan qabığı əlavə edilir və üstü örtülür. Otaq temperaturunda gündə 2 dəfə yeməkdən 30-40 dəqiqə əvvəl 1/4 stəkan içilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Soğan qabığının bilinməyən faydaları." haqqında müzakirə