Diqqət! Burun əməliyyatı keçirənlər bunları mütləq oxusun!
Diqqət! Burun əməliyyatı keçirənlər bunları mütləq oxusun!
Burnunda estetik əməliyyatlar keçirlənlər bəzi şeylərə diqqət yetirməlidirlər. Belə ki, burunu estetik əməliyyat etdirməzdən əvvəl bəzi qaydalara əməl edilməlidir. Belə ki, əməliyyatdan qabaq bu qaydalara əməl eləmək əməliyyat zamanı baş verə biləcək ağırlaşmaların qarşısını alır.
Burunda olan estetik əməliyyatlarının sayının günü-gündən artmasını və əməliyyatlar zamanı baş verən patologiyaları nəzərə alaraq aşağıdakıları sizin nəzərinizə çatdırmağı borc bildik:
Orqanizmin sağlam yaşaması üçün burunun normal hava alıb-verməsinin rolu böyükür. Ancaq bəzi hallarda hava axınının asanlıqla burun boşluğuna daxil olması çətinləşir. Bu əksər hallarda burunun və çəpərin quruluşunda müxtəlif əyilmələr olduqda baş verir və estetik əməliyyat vacıb olur.
Burun əməliyyatından əvvəl necə qidalanmalı?
Xəstələr əməliyyatdan qabaq qidalarına xüsusi diqqət yetirməlidir. Xəstələr tərkibində çoxlu kükürd və sulfat olan qidalarla qidalanmalıdırlar. Bu onların əməliyyat zamanı qanaxma riskinin azalmasına səbəb olur. Bağırsaqlarda qaz əmələ gətirmə ehtimalı olan qidalardan da uzaq durmaq lazımdır. Burunda estetik əməliyyat etdirməyə hazırlaşanlar tərkibində duz, soda və turşu olan qidalardan az istifadə etməlidirlər. Bu qidaların qəbulu orqanizmdə artıq suyun yığılmasına səbəb olur və şişkinlik yaradır.
Əməliyyata hazırlaşanlara tərkibində omeqa yağı olan qidalardan istifadə etmək və ya Omeqa-3 yağı içmək məsləhət görülür.
Xəstələr əməliyyatdan əvvəl qanduruldan dərmanlardan istifadə etməməlidir.
Qadınlara burun əməliyyatını aybaşı zamanı etmək olmaz. Bu aybaşı zamanı qadınların orqanizmində artıq ödemin olması ilə əlaqəlidir. Aybaşı zamanı qadınların qan damarlarının büzülmə ehtimalı az olduğuna görə əməliyyat vaxtı qanaxma riski yarana bilər. Qanaxmanın baş verməməsi üçün isə əməliyyatdan əvvəl qanın miqdarı və laxtalanma qabiliyyəti mütləq yoxlanılmalıdır.
Estetik burun əməliyyatının arzu olunan kimi həyata keçirilməsi üçün yuxarıda sadalananlarla bərabər aşağıdakılar da həyata keçirilməlidir:
* ürəyin kardioqramması aparılmalıdır
* qanın analizləri yoxlanılmalıdır
* üzün təbii görünüşünə görə burun forması seçilməlidir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Diqqət! Burun əməliyyatı keçirənlər bunları mütləq oxusun!" haqqında müzakirə