Eksudativ perikardit

  • Müəllif: redaktr
  • Tarix: 24 fevral 2017
  • Baxış sayı: 2 924
  • 0 rəy

 Eksudativ perikardit
Eksudativ perikardit perikardda iltihabi prosesin daha geniş yayılması ilə xarakterizə olunur.Bu zaman yaılmış eksudatın geri sorulması pozulur və perikard boşluğuna çoxlu miqdar maye toplanır.
Əksər hallarda eksudativ perikardit quru perikarditdən sonra əmələ gəlir.Bəzi xəstəliklər zamanı isə eksudat perikard boşluğuna birbaşa meydana yığılır.Bu aşağıdakı xəstəliklər zamanı əmələ gəlir:
- vərəm
- allergiya
- bəd xassəli şiş
- müxtəlif iltihab mənşəli proseslər
Eksudativ perikarditdə hemodinamik vəziyyət toplanan mayenin miqdarından,həcmindən və sürətindən asılıdır.
Eksudatın tədricən toplanması perikardın xarici səthinin tədricən dartılması və perikardial ciblərin dolması ilə,boşluq həcminin zəif genişlənməsi ilə müşayiət olunur.
Belə olduqda perikarddaxili təzyiq uzun müddət artmır.Bu zaman ürəkdə baş verən patoloji dəyişmələr də xəstəni az narahat edir.Eksudat toplandıqda isə qida borusu,traxeya,qayıdan sinirin bir hissəsi təzyiqə məruz qalır.
Əgər perikard boşluğuna maye sürətlə toplanırsa perikardın xarici səthinin dartılması və iltihab mayenin adekvat artması baş vermir.Bu zaman perikard boşluğunda təzyiq sürətlə artır.Bu da ürək kameralarının sıxılmasına səbəb olur,ürəyin tamponadası inkişaf etməsinə səbəb olur.
Bel vəziyyətlərdə xəstə uzana bilmir,çünki,bu zaman onun halı pisləşir.Eksudativ perikardit zamanı xəstələrin aşağıdakı şikayətləri olur:
- üşütmə
- titrətmə
- qızdırma
- intoksikasiya əlamətləri
- ürək nahiyəsində ağrı
- nadir hallarda ətraf orqanların sıxılması
Eksudativ perikardit zamanı xəstələr yataqda məcburi oturaq vəziyyət alırlar.Uzandıqda onlarda təngnəfəslik,ürəkdöyünmə,ürək atımı meydana çıxır.
Eksudativ perikarditə diaqnozun qoyulmasında rentgenoloji müayinənin,EKQ-nin,exokardioqrammanın,ümumi laborator analizlərin nəticələri əsas rol oynayır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Eksudativ perikardit" haqqında müzakirə