Dilatasion kardiomiopatiya

  • Müəllif: redaktr
  • Tarix: 19 fevral 2017
  • Baxış sayı: 4 022
  • 0 rəy

Dilatasion kardiomiopatiya
Dilatasion kardiomiopatiya ürəyin birincili zədələnməsi olub,mədəciklərin dilatasiyası və sistolik funksiyaların pozulmasi ilə səciyyələnir.Xəstəliyə kişilərdə qadınlara nisbətən 2-3 dəfə çox rast gəlinir.
Hal-hazırda dilatasion kardiomiopatiyanın polietioloji olması barədə fikirlər tibbi ədəbiyyatda geniş müzakirə olunur.Lakin bu amillərin xəstəliyin əmələ gəlməsində rolunun olduğu öz sübutunu tapmayıb.
1 Virus infeksiyası
Xəstəliyin əmələ gəlməsində enterevirusların,herpes virusunun,Koksaki viruslarının rolu olduğu düşünülür.
2 İrsi meyillik
Dilatasion kardiomiopatiya xəstəliyinin ailəvi xarakter daşıdığı düşünülür. Çünki,xəstələrin 35%-nin ailə üzvlərində eyni xəstəlikdən aşkarlanıb.
3 Toksik maddələr
Toksik maddələrin xəstəliyin əmələ gəlməsində rolunun mümkünlüyünü şişə qarşı preparat qəbul edən şəxslərdə bu xəstəliyin əmələ gəldiyinə əsaslanaraq söyləmişlər.Bunu pivə hazırlanmasında istifadə edilən kobalt-xloridin orqanizmə daxil olması zamanı kardiomiopatiyaya səbəb olması da sübut edir.
4 Müxtəlif maddələrin alimentar defisiti
Selenin az olduğu bir Çin əyalətinin insanlarında kardiomiopatiyanın əlamətləri müşahidə olunmuşdur.Nadir hallarda təsadüf edilən selen defisiti xəstəliyindən əziyyət çəkən adamlarda da kardiomiopatiya əlamətləri olur.
Xəstəlik özünü hüceyrələrin energetik metobolizmin normal funksiya malik olmaması ilə biruzə verir.Bu da miokardın yığılma qabiliyyətinin və ürəyin nasos funksiyasının zəifləməsinə səbəb olur.Nəticədə ürək boşluğunun dilatasiyası baş verir və ürək döyünmədə patolojiyalar əmələ gəlir.Xəstəlik irəlilədikcə ürəyin nasos funksiyasının enməsi və ürək boşluqlarının miogen dilatasiyası baş verir. Bu hal ürəkdə qapaqların nisbi çatışmazlığına səbəb olur.
Xəstəliyə bütün yaş dövrlərində rast gəlmək olur.Ən çox 30-45 yaşlı şəxslərdə rast gəlinir.Xəstəlik zamanı aşağıdakı əlamətlər özünü göstərir:
- ümumi zəiflik
- təngnəfəslik
- yorğunluq
- sürətli ürək döyüntüsü
- periferik ödemlər
- sağ qabırğaalıtı və qarın nahiyədə ağırlıq hissi
Xəstəlik çox vaxt tədricən və səbəbsiz başlayır.Xəstələrin əsas şikayətləri tez yorulma və halsızlıq olur.
Diaqnozun qoyulmasında rentgenoloji müayinənin,EKQ və exokardioqrammanın rolu böyükdür.Diaqnozu dəqiqləşdirmək üçün angiokardioqrafiyanın da nəticələri əsas götürülür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Dilatasion kardiomiopatiya" haqqında müzakirə