Saç rənginin təbii yollarla açılması
Açıq rəngli saçlar bir çox qadınların arzusudur. Bəzən qadınlar saçlarının rəngini açdırmaq üçün saatlarla salonlarda vaxt keçirirlər. Burada onların saçlarının rəngi kimyəvi maddələr vasitəsilə dəyişdirilir.
Bəzi qadınlar da ev şəraitində saçlarının rəngini bir-neçə ton aça bilirlər. Onlar zərər görməsin deyə saçlarının rəngini təbii yollarla açırlar. Saçların təbii yollarla rənginin açılması kimyəvi yollarla istifadədən daha yaxşıdır.
Bəs saçların rəngini təbii yollarla necə açmaq olar?
Bunun üçün mətbəxinizdə bəzi məhsullar var. Siz bunlardan istifadə etməklə asanlıqla saçınızın rənginin aça bilərsiniz.
1. Limon və su qarışımı.
Limon hər evdə olan bir meyvədir. Ondan müxtəlif məqsədlərlə daima istifadə edildiyi barədə hamımız bilirik. Bu dəfə limondan fərqli məqsədlə istifadə edəcəyik. Saçların rəngini açmaq üçün eyni miqdar limon suyu və su qarışdırılır və nəmli saçlara sürtülür. Bundan sora saçlar günəş altında qurudulur. Bu zaman bəzi şeylərə diqqət yetirmək lazımdır:
* Qarışımda limon suyu və suyun miqdarı eyni olmalıdır.
* Qarışım saçlara sprey şəklində vurulmalıdır.
* Proseduru başlamazdan əvvəl saçları islatmaq və hər tərəfini nəmləndirmək lazımdır.
* Proseduru etməmişdən 3 gün əvvəl saçlarınızı yuyun. Bu zaman saçlarınızda əmələ gələn təbii yağlar limon suyunun saçlarınıza zərər vurmasının qarşısını alacaq.
* Əgər saçlarınızın müəyyən hissəsinin rəngini açmaq istəyirsinizsə pambığı qarışıma batırıb, həmin nahiyyələrə sürtün.
* Qarışım günəş altında qurudulduqda effekti daha yaxşı olur. Amma qarışımı sürtdükdən sonra 60 dəqiqədən artıq günəş altında dayanmaq olmaz.
* Saçlarınızı gün altında qurudarkən dərinizi gün şüalarından qoruyun.
2. Bal və zeytun yağı.
Saçın rənginin təbii yollarla açılmasının digər yolu bal və zeytun yağı qarışımıdır. Bunun üçün eyni miqdarda bal və süzmə zeytun yağı qarışdırılır və saçlara masaj şəklində sürtülür. Qarışım ən az yarım saat saxlanılır, sonra saçlar şampunla yuyulur.
3. Çobanyastığı suyu.
Bir ovuc quru çobanyastığı 2 stəkan suyun içərisinə qoyulur və qaynadılır. Suyun rəngi saralanda odun üstündən götürülür və soyuduqdan sonra sprey şüşəsi vasitəsilə saçlara vurulur. Saçlar günəş işığı altında 1 saat müddətinə qurudulur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Saç rənginin təbii yollarla açılması" haqqında müzakirə