Nənələr nə deyib? Bağayarpağı
Bağayarpağının bir neçə növü vardır. Amma dərman vasitəsi kimi təbabətdə onun iynəyarpaqlı növündən istifadə edilir. Təbabətdə istifadə olnması üçün bağayarpağının toxum və yarpaqları ayrı-ayrı yığılır.
Bağayarpağı şirəsi mədə və bağırsaq yaralarının sağalmasında əvəzolunmaz dərman vasitəsidir.
Bağayarpaqlarının toxumları qəbizlik zamanı işlətmə dərmanı kimi istifadə edilir.
Bağayarpağının yarpaqlarının dəmləməsi kolitin, enteritin müalicəsində yaxşı təsirə malikdir.
Dəridə əmələ gələn yaraların sağalmasında, çibanın müalicəsində, irinli xoralar zamanı bağayarpağı əzməsini qoyub bağlamaq yaraların tez sağalmasına kömək edir.
Bağayarpağı dəmləməsindən bronxitlərin müalicəsində də istifadə edilir.
Əzilmiş yarpaqları sağalmayan yaraların üzərinə qoyularsa yaralar tez sağalır.
Bağayarpağı şirəsindən həkimlər qastritlərdə, kəskin və xroniki enterekolitlərdə və kolitlərdə yeməkdən 20 dəqiqə əvvəl gündə 3 dəfə içmək lazımdır. Müalicə məqsədi ilə 1 çay qaşığı bağayarpağı şirəsi 2 xörək qaşığı su ilə qatılıb içilir.
Çibanın, karbonkulun müalicəsində bağayarpağının təzə əzilmiş kütləsi duz, çörəyin içi və keçi piyi ilə qarışdırılıb yaranın üzərinə qoyulur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Nənələr nə deyib? Bağayarpağı" haqqında müzakirə