Böyrək xəstəliklərinin fitoterapiyası

  • Müəllif: elnare
  • Tarix: 8 yanvar 2017
  • Baxış sayı: 3 370
  • 0 rəy

Böyrək xəstəliklərinin fitoterapiyası.
Daxili oqranların başqa xətəlikləri kimi böyrək xəstəlikləri zamanı da dərman bitkilərinin köməyi vasitəsilə bir-çox xəstəliklərin əlamətlərini aradan qaldırmaq mümkün olur. Tərkibində olan alkaloidlər, qlyukozidlər, kumarinlər, furokumarinlər, efir yağları, aşılayıcı maddələr, vitaminlər,  üzvi birləşmələr, mineral duzlar, mikroelementlər vasitəsilə dərman bitkiləri insanların sağlamlığıına müsbət təsir göstərir. Böyrək xəstəlikləri zamanı da bir-çox bitkilərin müalicəvi təsiri vardır ki, onların vasitəsilə bu xəstəliklərin nəinki, əlamətlərini azaltmaq, hətta sağaltmaq da mümkündür. Amma gərək bitkilərlə müalicə zamanı həkim məsləhətinə də qulaq asmaq lazımdır.
Böyrək xəstəlikləri zamanı ardıc meyvəsi, tozağacı yarpağı, mərsin yarpağı, mərsin meyvəsi, gəndəlaş çiçəyi, peyğəmbərgülü çiçəyi, xoşəmbul otu, qırxbuğun otu, at pitrağı kökü, boyaqotu kökü, ayıqulağı yarpağı, qatırquyruğu otu, pişikdili otu, baldırğan toxumu, bağayarpağı yarpağı, biyan kökü, boymədəran otu, qaragilə yarpağı, böyrütkən yarpağı, qarğıdalı saçağı, quşəppəyi otu, damotu otu, dişqurtlayan çiçəyi, kar gicirtkən otu, keşniş toxumu, kəkotu otu, lavanda otu, limonotu otu, cirə toxumu, zirə toxumu, zimbirtikan kökü, zəfəran çiçəyi, itburnu meyvəsi, yarpız otu, kalendula çiçəyi, mayaotu qozası, meşəçiçəyi otu, səhləb kökü, mərcangilə yarpağı, mərcan meyvəsi, söyüd qabığı, çobanyastığı çiçəyi və s. istifadə olunur. Bu bitkilər böyrək xəstəlikləri zamanı aşağıdakı təsirlərə malikdir:
– infeksiya əleyhinə təsir
– iltihabı azaltmaq
– ağrını azaltmaq və kəsmək
– bədəndən suyu çıxartmaqla ödemi azaltmaq
– arterial təzyiqi normallaşdırmaq
– maddələr mübadiləsini tənzim etmək
– bədən müqavimətini artırmaq
– immun dəyişikliklərə qarşı mübarizə.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Böyrək xəstəliklərinin fitoterapiyası" haqqında müzakirə