İkitərəfli pielonefrit
İkitərəfli pielonefritdə xəstəliyin kliniki mənzərəsi iltihabi proseslə yanaşı, böyrək çatışmazlığı əlamətlərindən ibarət olur.
İkitərəfli pielonefrit zamanı xəstələrin şikayətləri aşağıdakılardan ibarət olur:
– baş ağrıları
– tez yorulma
– bel nahiyyəsində küt ağrılar.
Xəstələrdə yüngül anemiya, poliuriya, pooakiuriya, mikrohematuriya, intensif leykosituriya, bakteriuriya müşahidə edilir. İkitərəfli pielonefrit böyrək çatışmazlığına səbəb olduqda xəstədə patoloji dəyişikliklər əmələ gəlir:
– dəri örtüyü quruyur və avazıyır
– anoreksiya baş verir
– öyümə, qusma başlayır
– qanaxmalar müşahidə edilir.
İkitərəfli xroniki pielonefrit zamanı xarakterik olan xüsusiyyət böyrəklərin funksiyasının tam pozulmamasıdır. Bu zaman xəstələrdə natriumun və kaliumun reabsorbsiyası pozulur.
Böyrəklər vasitəsilə kalsiumun itirilməsi, fosfatların qanda artması baş verir. Xəstəliyin kəskinləşdiyi zamanda isə leykositoz, subfebril hərarət və anemiyanın dərəcəsinin artması müşahidə olunur.
İkitərəfli pielonefritin ağırlaşması arterial hipertenziya, anemiya və xəstəliyin son mərhələsində böyrək çatışmazlığı ilə nəticələnir.
Xəstəliyə diaqnozun qoyulmasında sidiyin biokimyəvi analizinin nəticələri əsas götürülür.
İkitərəfli pielonefritin müalicəsində əsas məqsəd sidiyin xaric olunmasının bərpası və antibakterial preparatların tətbiqindən ibarətdir. Müalicə dövründə sidiyin bakterioloji müayinəsi vaxtaşırı yoxlanılaraq mikrobların antibiotiklərə qarşı həssaslığı təyin edilir.
İkitərəfli pielonefritin müalicəsi əsasən pozulmuş urodinamikanı bərpası və adekvat antibakterial terapiyaya əsaslanır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"İkitərəfli pielonefrit" haqqında müzakirə