Sodanın 18 faydası
Qida məqsədilə işlətdiyimiz sodanın bir neçə faydasını sizinlə bölüşmək istəyirəm.
1. Südə qatılmış soda öskürək əleyhinə, bəlğəmgətirici təsirə malikdir. O öskürəyi qısa bir müddətdə kəsir. 1 fincan qaynar südə yarım çay qaşığı soda qarışdırılıb yatmazdan əvvəl bir neçə gün içilərsə, təsiri bir-neçə gündə özünü göstərir.
2. Süddən xoşu gəlməyənlər 1 litr qaynar suya 1 xörək qaşığı soda əlavə edib inhalyasiya edə bilərlər. Bu vasitədə bəlğəmgətirici xüsusiyyətə malikdir.
3. Boğazın iltihabi xəstəlikərində və boğaz ağrısı zamanı sodalı su ilə qarqara etmək ağrıkəsici və iltihab əleyhinə yaxşı təsir göstərir. Gündə 5-6 dəfə soda ilə qarqara boğaz ağrısını ardan qaldırır.
4. Soyuqdəymə zamanı burun boşluğuna sodalı su damızdırdıqda soyuqlama əlamətləri yox olur.
5. Konyuktvit xəstəliyi zamanı gözü sodalı su ilə yumaq xəstəliyin əlamətlərini azaldır.
6. Mədənin və 12 barmaq bağırsağın yara xəstəliyi, qıcqırma zamanı mədə turşuluğunu azaltmaq üçün sodalı su içməyin faydası böyükdür. Sodalı su mədə turşuluğunu qısa müddət ərzidə kəsir, bağırsaqdakı qazların xaric olunmasına yardım edir.
7. Sodalı su ürəkdə baş verən aritmiya əlamətlərini aradan qaldırır.
8. Sodalı su orqanizmdən duzları xaric eləmək qabiliyyətinə malikdir. Bu səbədən də hər gün az miqdar sodalı su qəbulu arterial təzyiqin aşağı düşməsinə yardım edir.
9. Uzaq məsafələrə yol gedilən zaman qusmanın kəsilməsində də sodalı su çox faydalıdır.
10. Sodalı su mədə qıcqırmasının qarşısını alır.
11. Zəhərlənmələr, ishal və qusmalar zamanı vena daxilinə soda məhlulunun yeridilməsi və ya gündə çoxlu miqdar sodalı su qəbulu orqanizmi zərərli maddələrdən təmizləyir, bədənin itirilmiş su ehtiyatını bərpa edir.
12. Dırnaq dibində olan iltihabi proseslər zamanı yarım stəkan qaynar suya 1 xörək qaşığı soda töküb barmağınızı oraya salsanız ağrı və iltihabın tez bir zamanda yox olacağını görəcəksiniz.
13. Ağız boşluğunu sodalı su ilə qarqara eləmək diş ağrısını kəsir.
14. Sodə əla kosmetik vasitədir. Onu sabun qırıqları ilə qarışdırıb üzünüzü yusanız dərinizin necə təmiz və təravətli olduğunu görəcəksiniz.
15. Diş pastasının üstünə soda töküb dişinizi yusanız diş ağrınız azalacaq.
16. Sodalı su ilə islanmış pambıq ilə bükük nahiyyələri silinərsə, tərləmə zamanı pis qoxu gəlməz.
17. Sodalı suya pambıq batırıb ağcaqanad dişləyən yerə bir neçə dəfə sürtsəniz qaşınma olmayacaq.
18. İşdən axşam gəldiyiniz zaman yorğunsunuzsa, isti sodalı su vannası ilə ayaqlarınızı vanna eləsəniz yorğunluğunuz dərhal gedəcək.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Sodanın 18 faydası" haqqında müzakirə