Sepsis
ETİOLOGİYASI: Sepsisi dərinin, selikli qişaların, ətraf mühitin müxtəlif patogen mikrobları törədir.Çox vaxt etioloji amil irin törədici və anaerob bakteriyalar – stafilakokk, streptokokk, eşerixi, pnevmokokk, meninqokokk olur. Əksərən mikrob qana eksogen və ya endogen yolla düşür. Qana düşən bakteriyalar orqanizmin baryer funksiyasını pozur ,zəiflədir. Stafilokokklar sepsisin etiologiyasında üstünlük təşkil edirlər. Stafilokokklar həm tək, həm də başqa mikrobla müştərək halda qana düşüb sepsis əmələ gətirə bilir.
Sepsislərin əmələ gəlməsində streptokokkların da rolu var. Stpeptokokk mikrobu stafilokokkdan fərqli olaraq tək halda sepsis əmələ gətirmir. Mütləq başqa mikroblarla müştərək olur.
Xəstəlik mikrobun xaricdən orqanizmə düşməsi nəticəsində inkişaf edir. Mikrob dəri və selikli qişalardan qana keçir, həm də yerli irinli proses və ya sepsis ocağı yaradır.
KLİNİKASI: Müxtəlif mikrobların törətdiyi sepsisin eyni kliniki əlamətləri olur. Sepsis mikrobun qana limfa vasitəsilə düşməsi nəticəsində baş verir.
Belə hesab olunur ki, sepsis orqanizmdə immunitetin yaranmaması və yaxud onun kifayət qədər inkişaf etməməsi zamanı baş verir. Xəstəliyin patogenezində böyrək fəaliyyətinin çatmazlığı bakterial toksinin, metobolik məhsulların eliminasiyasının çətinləşməsi, su-duz itkisinin artması böyük əhəmiyyətə malikdir. Sepsisli xəstələrin əksəriyyətində qlomerulonefrit, nefrit və irinli piolonefritə rast gəlinir.
KLİNİKASI: Xəstələrdə qızdırma, üşütmə, dəridə hemorogik səpgilər və ya xırda irinciklər tapılır. Sepsisli xəstələrdə daima qızdırma olur, qızdırma bəzən yüksəlir. Xəstələrdə yuxu pozğunluqları, əsəbilik olur, davranışlarında və psixikalarında dəyişikliklər baş verir.
DİAQNOZU: Kliniki əlamətlərinə görə, qanın, sidiyin analizlərinə əsasən qoyulur.
MÜALİCƏSİ: İntoksikasiyanı aradan götürən preparatlardan, vitaminlərdən, müqavimət artıran dərmanlardan və əsasən sepsis əmələ gətirən mikroba qarşı antibiotiklərdən istifadə edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Sepsis" haqqında müzakirə