Qısaqanclıq nədir?

  • Müəllif: elnare
  • Tarix: 5 yanvar 2017
  • Baxış sayı: 3 082
  • 0 rəy

Qısaqanclıq nədir?
İnsanların qısqanc olmasının bəzi səbəbləri var. Qısqanclıq 2 səbəbdən baş verə bilir:
1. Qısqanan şəxsin özündən asılı olan səbəblər.
2. Qarşı tərəfin qısqanclığa səbəb olacaq hərəkətləri etməsi.
Birinciyə səbəb qısqanc şəxsin özünə güvənməməsi, özünü qarşısındakından aşağı hiss eləməsidir. Qısqanan şəxs daima bu düşüncələrlə yaşayır və ona elə gəlir ki, qarşısındakı ilk fütrsətdə onu atacaq və ya istədiyi zaman onu tərk edə bilər. O, həmişə atılmaq qorxusu ilə yaşayır. Bu düşüncələrdə yaşayan adamda qısqanclıq hissi meydana çıxır. Qısqanclıq əvvəllər xəyanətə uğramış və ya sevgi münasibətlərində travma almış şəxslərdə baş verir. O,düşünür ki, bir dəfə atılıbsa, yenidən atıla bilər. Yəni, xəyanətə uğramış adam ikinci dəfə eyni hadisəni yaşamaq qorxusu keçirir. Bu qorxu hissi də onun rahat yaşamasına əngəl tğrədir.
Qısqanclığın baş verməsinin ikinci səbəbi isə əks tərəfin əvvəlkindən daha fərqli davranışlarıdır. Məsələn, əvvəllər evə eyni vaxtda gələn adamın birdən-birə evə gec gəlmələri və yaxud həmişə həyat yoldaşı ilə qayğıkeş və səmimi olan birinin birdən-birə əks tərəflə maraqlanmaması. Onun hansısa mənasız bir səbəbdən yaxın olduğu adamdan uzaqlaşması və birdən-birə özünə fikir verməyə başlaması, qarşısındakı adamda qısqanclıq hissini alovlandırır.
Qısqanıclıq ailələrdə söz-sohbətə səbəb ola bilir. Hətta qısqanclıq səbəbi ilə dağılan ailələrə də tez-tez past gəlinir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qısaqanclıq nədir?" haqqında müzakirə