34 barmağı olan uşaq

  • Müəllif: elnare
  • Tarix: 4 yanvar 2017
  • Baxış sayı: 1 903
  • 0 rəy

34 barmağı olan uşaq.
Hindistanda yaşayan biryaşlı Akşat Saksenanın hər əlində 7, hər ayağında isə 10 barmaq var. Onun işləməyən hərəkətsiz barmaqlarını əməliyyat vasitəsilə amrutasiya ediblər. Amputasiya edilən barmaqlar öz funksiyasini yerinə yetirə bilməyən barmaqlar olub. Maraqlı orasıdır ki, ən çox hərəkət edən barmaqlar kiçik və orta barmaqlar olub. Buna görə də həkimlər əməliyyat zamanı hansı barmaqları saxlayacaqlarını nəzərə almışlar.
Polidaktiliya adlanan bu simptom özünü çoxbarmaqlılıqla biruzə verir. Bu simptoma malik olan adamların barmaqlarının sayı normal adamın barmaqlarının sayından çox olur. Bu simptom zamanı ən çox kiçik və işarət barmaqlarının sayı çox olur. Barmaqların bu cür anatomik quruluşa malik olması irsi xarakter daşıyır.
Akşat Saksena barmaq sayının çox olmasına görə dünya rekordçusu sayılır. Ondan əvvəl bu rekordu 31 barmağı çinli oğlan daşıyırdı.
34 barmağı olan hindli qızın valideyinləri qızlarının bu sirrinin üstünün açılmasından peşmandırlar. Onlar bu sirrin kimsənin bilməməsini istəyirdilər. Əməliyyat ötən ilin mart ayında Hindistanın Şenyan hospitalında həyata keçirilib.
Bu gün Akşatdigər normal uşaqlar kimi öz həyatına davam edir. İndi onun əl və ayaqlarında normal uşaqlardakı kimi 10 barmaq var.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"34 barmağı olan uşaq" haqqında müzakirə