Ürək nədən ağrıyır?


Baxış sayı: 68     Bölmə: Məqalələr / Xəstəliklər / Ürək-damar və qan sistemi

Ürək nədən ağrıyır? Ürəyin işemik xəstəliyi.
Ürək-damar xəstəlikləri dunyada ölümə səbəb olan ən çox yayılmış xəstəliklərdən biridir.Bəs necə olur ki,ürək damarları tutulur və infarkt baş verir?
Ürəyin əsas bir neçə xəstəliyi var. Bunların da özünəməxsus xüsusiyyətləri vardır.
Bunlardan biri ürəyin işemik xəstəliyidir. Ürəyin işemik xəstəliyi yəni, ürək əzələsinin xəstəliyi dünyada ən geniş yayılmış xəstəliklərdən biridir. Əsas əlaməti ürəkdə ağrıdır ki, biz bu ağrıya stenokardiya deyirik. Stenokardiya zamanı xəstənin döş hissəsində bərk ağrı olur, nəfəsalma çətinləşir, ağrılı olur. Xəstədə boğulma hissi olur. Ağrının şiddətindən xəstə müvazinatını itirir.
Ürəyin işemik xəstəliyinə adətən yüksək təzyiq, şəkərli diabet xəstəliyi, zərərli vərdişlər və ən çox da irsi faktor səbəb olur.
Ürəyin işemik xəstəliyi ürəkdə qan dövranının pozulmasına, ürək ritminin pozulmasına, ürəkdə durğunluğun əmələ gəlməsinə səbəb olur ki, bu da ürəkdə infarkta səbəb olur.
Bu xəstəlik əvvəllər 40 yaşdan yuxarı xəstələrdə baş verirdisə, indi həkimlər 30 yaşında da xəstələrə rast gəldiklərini deyirlər. Tez həzm olunmayan yüksək kaloroli qida, pis həyat tərzi, siqaretdən asılılıq , spirtli içkilər və əsasən də irsi faktor bu xəstəliyin tezləşməsinə səbəb olur.
Ürəyin işemik xəstəliyindən ən çox kişilər əziyyət çəkir. Qadınlarda olan estrogen hormonu onları bu xəstəlikdən qoruyur. Ancaq menopauza dövründə bu hormonun miqdari azalır və qadınlar da ürəyin işemik xəstəliyindən əziyyət çəkirlər.
Bu xəstəlikdən qorunmaq üçün nə etməliyik:
1. Yağlı, hisə verilmiş qidalardan uzaq durmalı.
2. Balıq məhsullarından, duru yağlardan istifadə etməli.
3. Zərərli vərdişlərdən uzaq durmalı.
4. Ən azı ildə bir dəfə ürək həkiminə profilaktika məqsədilə müraciət etməli.скачать dle 11.1смотреть фильмы бесплатно

http://immunitet.az/
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir!

"Ürək nədən ağrıyır?" məqaləsini sosial şəbəkələrdə paylaş

loading...

"Ürək nədən ağrıyır?" məqaləsinə komment yazmaq

Sağlam həyat təzi sürmək insanın immunitetini yüksəldir və xəstəliklərdən uzaq edir.
Ən son tibbi məqalələri yalnız bizim portaldan oxuya bilərsiz. Müasir müalicə üsulları ilə bir çox xəstəliklərin sağaldılmasına kömək edirik.
Sayt Azərbaycan Həkimləri tərəfindən tərtib edilib, bütün hüquqlar qorunur.