Sidik yollarının infeksiyası


Baxış sayı: 16     Bölmə: Məqalələr / Xəstəliklər / Sidik ifrazı sistemi

 
SİDİK YOLLARININ İNFEKSİYASI
Sidik yollarının infeksiyası geniş yayılmış bakterial infeksiya olub ümumi iltihabi xəstəliklər arasında , xüsusilə də seksual aktiv qadınlar arasında daha çox yayılmışdır.Bu xəstəlik bakteriuriyadan tutmuş ağır sepsisə qədər gətirib çıxarır.
Sidik yollarında sidik steril şəkildə olur.Sidik yollarının infeksiyisı zamanı isı bu yollarda bakteriyaların sayı artır.
ETİOLOGİYASI:
Sidik yollarının infeksiyası əksər hallarda qadınlarda təsadüf olunan xəstəlikdir.Sidik kisəsinə infeksiyanın asanlıqla keçməsi qadınlarda uretranın qısa olması ilə əlaqədardır.Sidik kisəsində qalıq sidiyin olması bakteriyaların sidik yollarına inokulyasiyası və orada artıb çoxalmasına səbəb olur.Kontrasepsiya vasitəsilə istifadə olunan bəzi vasitələr də uşaqlıq yolunun normal florasını dəyişərək sidik yollarının infeksiyalarına səbəb olur.
Sidik yollarının infeksiyalarına müxtəlif mikroorqanizmlər səbəb ola bilər.Amma bakteriyalar xəstəlik törətməkdə və ağırlaşmalarda mühüm rol oynayır.
Bakterial sistitin etiologiyası məlum deyil, amma xəstəliyin baş verməsində çoxlu faktorlar rol oynayır.Qızlarda bunun səbəbi vulvit, qurd invaziyası,qadınlarda antiseptiklər,dezodorantlarla qıcıqlanmalar nəticəsində baş verə bilər.
TƏSNİFATI:
Sidik yollarının infeksiyalarının elə bir qəbul olunan təsnifatı yoxdur.Xəstəliyin aşağıdakı növləri ayırd edilir:
1.Gənc qadınlarda ağırlaçmış sistit
2 .Gənc qadınlarda residivverici sistit
3.Ağırlaşmış sidik yollarının infeksiyası
4.Sidik kisəsinin kateterizasiyası ilə əlaqədar olan
5.Gənc qadınlarda ağırlaşmış piolonefrit
6.Kişilərdə sidik yollarının infeksiyaları
7.Simptomsuz bateriuriya
Ənənəvi olaraq sidik yollarının infeksiya xəstəliyini 2 yerə ayırırlar
1.Yuxarı SYİ
2 .Aşağı SYİ
SYİ xəstəliyi vaxtında və düzgün müalicə olunmazsa aşağıdakı ağırlaşmaiara gətirib çıxarır
-sidik yollarının anotomik, struktur, funksional
dəyişikliklərinə
-böyrəklərin parenximatoz xəstəliklərinə
-immunitetin pozulmasına.
KLİNİKASI:
Xəstəliyin klinikası özünü müxtəlif şəkildə göstərir.Sidik yolları xəstəliklərinin kliniki təzahürləri bunlardır:
1.Tezləşmiş sidik ifrazı.Bu bakterial sistit,abakterial sistit,kəskin pielonefrit ,kəskin prostatit zamanı baş verir
2 .Gizli simptomsuz gediş
MÜALİCƏSİ:
Sidik yollarının infeksiyaları zamanı müalicə sidik yollarının anotomik quruluşundan,böyrəklərdə infeksiya zamanı ağırlaşmaların olub olmamasıdan,infeksiyanın nğvündən asılı olaraq təyin edilir.

http://immunitet.az/
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir!

"Sidik yollarının infeksiyası" məqaləsini sosial şəbəkələrdə paylaş

loading...

"Sidik yollarının infeksiyası" məqaləsinə komment yazmaq

Sağlam həyat təzi sürmək insanın immunitetini yüksəldir və xəstəliklərdən uzaq edir.
Ən son tibbi məqalələri yalnız bizim portaldan oxuya bilərsiz. Müasir müalicə üsulları ilə bir çox xəstəliklərin sağaldılmasına kömək edirik.
Sayt Azərbaycan Həkimləri tərəfindən tərtib edilib, bütün hüquqlar qorunur.