Ağız boşluğu, dil və xəstəliklər


Baxış sayı: 997     Bölmə: Məqalələr / Xəstəliklər / Qulaq Burun Boğaz

Ağız boşluğu, dil və xəstəliklər.
Ağış boşluğu və dildə insanın müxtəlif orqan və sistemlərinin morfoloji funksional pozğunluqlarına aid dəyişikliklər aşkar edilir. Ağız boşluğu və dil əksər hallarda həzm, ifrazat, qan dövranı, qanyaratma orqanları xəstəliklərinin, hipovitaminozların və infeksion xəstəliklərin təzahürü ola bilir. Dildə olan dəyişikliklər müxtəlif xəstəliklərin differensial diaqnostikasında böyük əhəmiyyət daşıyır.
Xəstəliklərə diaqnozun qoyulması zamanı xəstələrin dilinin müayinəsi vacibdir. Dilin rəngi, nəmliyi, eroziya və yaraların olması, səpgilər qansızmalar, şiş törəmələri diaqnoz qoyulmasına həkimin çox yardımına gəlir.
Dilin müayinəsi zamanı onun xoşxasəli dəyişiklikləri nəzərə alınmalıdır. Bu dəyişikliklərə dilin aşağıdakı formaları daxildir:
1. Coğrafi dil – boz rəngli haşiyə ilə əhatə olunmuş qırmızı rəngli atrofiya sahələrinin dilin üzərinə səpələnməsi və gün ərzində onların dəyişilməsidir.
2. Tüklü dil – xroniki qıcıqlandırıcıların təsirindən sapabənzər məməciklərlə örtülür və dilin mərkəzi hissəsi tüklü görünür. Bu cür dilə ən çox ağız boşluğunun gigiyenasına əməl etməyənlərdə, papiros çəkənlərdə və uzun müddət antibiotik qəbul edənlərdə rast gəlinir.
3. Sarımtıl dil – bu ən çox yeni döğulmuşlarda rast gəlinir. Bu zaman şırımlar sarı, ortada qalan hissə isə qırmızı rəngdə olur.
4. Rombabənzər qlossit – dilin orta hissəsini əmələ gətirən tək təpə orta xətdə qırmızı, hamar, düzbucaq düyün çuxur şəklində qalır. Bu şişə bənzəsə də, xoşxassəli olur.
Tənəffüs aparatının vərəm xəstəliyi zamanı xəstələrin dilinin ucunda və yan tərəflərində çox ağrılı, yastı və kələkötür ətrafı olan yara əmələ gəlir. Bu yaralar bəzən dilin üstündə də əmələ gələ bilir.
Səpgili yatalaq xəstəliyində damaqda qansızmalar şəklində enantemalar meydana gəlir. Bu zaman dil quru və qırmızı olur.
Qarın yatalağı zamanı dilin üstü  ağımtıl-sarı və ya qəhvəyi ərplə örtülür.
Skarlatina zamanı damaq kəskin hiperemiyalaşır, ödemləşir, alovlu damaq sindromu əmələ gəlir. Dilin üstündə fiberoz, hekrotik ərp əmələ gəlir.
Qızılca xəstəliyinin ilk günlərində yumşaq və sərt damaqda kiçik qırmızı ləkələr əmələ gəlir.
Behçet xəstəliyi zamanı orqanizmdə əmələ gələn bir sıra patologiyalarla yanaşı xəstələrdə stomatit əlamətləri əmələ gəlir.
Kəmərləyici dəmrov zamanı xəstələrin ağız və dodaq ətrafında əvvəlcə pulpitə oxşar ağrılı səpgi əmələ gəlir və sonra suluqlaşır.
Papilomavirus xəstəliyində ağızın selikli qişasında ziyilə bənzər düyünlü törəmələr meydana gəlir.

http://immunitet.az/
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir!
Paylaş
loading...

Sağlam həyat təzi sürmək insanın immunitetini yüksəldir və xəstəliklərdən uzaq edir.
Ən son tibbi məqalələri yalnız bizim portaldan oxuya bilərsiz. Müasir müalicə üsulları ilə bir çox xəstəliklərin sağaldılmasına kömək edirik.
Sayt Azərbaycan Həkimləri tərəfindən tərtib edilib, bütün hüquqlar qorunur.