Uşaqlarda sancılar


Baxış sayı: 98     Bölmə: Məqalələr / Xəstəliklər / Körpələrə qulluq

 
Uşaq çox möhkəm ağlayanda valideynlərə elə gəlir ki, onun qarnında güclü ağrılar var. Körpə uşaqların çoxu erkən yaşlarda sancılardan əziyyət çəkirlər. Belə uşaqlar ən çox axşam vaxtlarda güçlü ağlayırlar.
Səbəbləri.
1.Bağırsaq spazmı
2. Yedizdirilmə zamanı və ya ağlayanda havanın udulması
3. Qida allergiyası
4. Aclıq
5. Qidanın həzminin pozulması
6. Laktoza catmamazlığı və ya inək südünə qarşı allergiya
Simptomları.
Adətən sancılar uşaqlar doğulandan 2-3 həftə sonra baş verir və uşağın 4 ayı tamam olanda kecib gedir. Əgər uşaq müntəzəm olaraq yaxşı iştahası olmasına baxmayaraq naməlum səbəbdən ağlayırsa, ağlama zamanı ayaqlarını qarnına sıxırsa ,bunun öhdəsindən sərbəst gəlmək olar və ya məsləhətdir ki, pediatra müraciət etsin. Əgər uşaq pis yemək yeyirsə ,zariyirsa , 2 saatdan artıq ağlayırsa , hərarəti yüksəkdirsə,qusma , ishal varsa təcili tibbi yardima müraciət etmək lazımdır.
Siz nə edə bilərsiz ?
Uşağı çimizdirməklə, əskisini dəyişməklə fikrini yayındırmağa çalışın. Uşağı qucağınıza götürün, bir qədər onunla gəzişin, ona əmzik verin, bu, onu sakitləşdirə bilər. Onu masaj edin və ya qarnı üstə uzadın kürəyini sığallayın. Uşağı bərk bələyin, qarnına isti dəsmal bağlayın. Istənilən halda öz həkim pediatrınıza müraciət edin və ondan zəruri məsləhət alın.скачать dle 11.1смотреть фильмы бесплатно

http://immunitet.az/
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir!
Paylaş
loading...

Sağlam həyat təzi sürmək insanın immunitetini yüksəldir və xəstəliklərdən uzaq edir.
Ən son tibbi məqalələri yalnız bizim portaldan oxuya bilərsiz. Müasir müalicə üsulları ilə bir çox xəstəliklərin sağaldılmasına kömək edirik.
Sayt Azərbaycan Həkimləri tərəfindən tərtib edilib, bütün hüquqlar qorunur.