Kəmərləyici herpes


Baxış sayı: 473     Bölmə: Məqalələr / Xəstəliklər / İnfeksion xəstəliklər

Kəmərləyici herpes.
Xəstəliyi onurğa beyni qanqleonlarında qalmış sulu çiçək virusu törədir. Çox vaxt bahar və payız ayları sporadik olaraq təsadüf edilir. Xəstəliyə ən çox 10 yaşından yuxarı şəxslərdə rast gəlinir.
Xəstəliyin gizli dövrü 2-3 həftə çəkir. Xəstəlik aşağıdakı əlamətlərlə özünü biruzə verir:
– üşütmə
– qızdırma
– sinir boyu ağrı
– yara yerində göynəmə
– yaranın sancması
– qaşınma hissi
– baş ağrıları.
Xəstəliyin gizli dövrü başa çatdıqdan sonra dəridə 3-5 sm ölçüdə çəhrayı ləkələr əmələ gəlir. 1-2 gün ərzində ləkələrin mərkəzi içərisi şəffaf maye ilə dolu 0,1-0,3 sm böyüklükdə suluqcuqlara çevrilir. Suluqcuqlar eyni vaxtda meydana çıxsa da ləkələr 1-2 gün fasilə ilə əmələ gəldiyi üçün səpgi polimorf xarakter daşıyır. Zədələnmə ocaqlarında bir və ya bir-neçə suluq ola bilir. Onlar bir-birinə çox yaxın yerləşdikdə birləşir və zolaq əmələ gətirirlər. Xəstəlik irəlilədikcə möhtəviyyat bulanır, qırmızılılıq azalır, suluqcuqlar sanki sağlam dəri üzərində yerləşir. Suluqlar 6-8 günə quruyur, qabıqlanır və 3 həftə ərzində tökülərək yerində piqmentləşmiş dəri qalır.
Xəstəlik zamanı sinirlərin zədələnməsi baş verdiyindən xəstələrdə suluq əmələ gələn nahiyələrdə ağrılar uzun müddət davam edir. Kəmərləyici herpes adından göründüyü kimi belin kəmər hissəsinə yaxın nahiyələrdə baş verir.
Xəstəlik kəskin ağrılara səbəb olur. Ağrılar bəzən elə güclü olur ki, onu sakitləşdirmək çox çətin olur. Xəstəlik sağaldıqdan sonra suluqların yerində çapıq toxuma inkişaf edir.

http://immunitet.az/
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir!
Paylaş
loading...

Sağlam həyat təzi sürmək insanın immunitetini yüksəldir və xəstəliklərdən uzaq edir.
Ən son tibbi məqalələri yalnız bizim portaldan oxuya bilərsiz. Müasir müalicə üsulları ilə bir çox xəstəliklərin sağaldılmasına kömək edirik.
Sayt Azərbaycan Həkimləri tərəfindən tərtib edilib, bütün hüquqlar qorunur.