BOYUN OSTEOXONDROZU

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 5 124
  • 0 rəy

BOYUN OSTEOXONDROZU
Xəstəliyin əsas əlaməti sancılar formasında kəskin boyun ağrılarıdır. Ağrı qıcıqlarının mənbəyi fibroz toxumaların zədələnmiş reseptorları, eləcə də boyun əzələlərinin tonik gərginliyidir. Ağrılar sızıldayıcı xarakterdə olub daha sonra ənsə və çiyinüstü nahiyəyə yayılır. Boyunun hərəki və yaxud uzun zaman eyni vəziyyətdə qalması zamanı ağrılar güclənir. Dərindən əllədikdə çıxıntılar ağrılı olur. Boyunun xəstə tərəfində fasetik oynaqların ağrılı olması müəyyən edilir. Sümük çıxıntılarından 3-4 sm aralı nahiyyədə zəifləmiş boyun əzələlərinın arxasında ağrılar daha çox olur.
Bu xəstəlik zamanı xəstə başını yastığa qoyub eyni vəziyyətdə bir neçə saat yuxlayarsa boyun ağrıları ilə yuxudan ayılır. Ağrı, ağırlıq qaldıran zaman boyun fəqərələrinə güc düşdükdə də baş verir. Başıaşağı vəziyyətdə uzun müddət dayandıqda, bir neçə dəqiqə boynu arxaya doğru əyib yuxarıya baxdıqda da boyunda ağrılar baş verə bilir.
DİAQNOZU: Xəstəliyin diaqnozu kliniki əlamətlərə görə təyin edilir. Bundan başqa rentgen və MRT-nin nəticələri də xəstəliyə düzgün diaqnoz qoymaqda yardımçı olur.
MÜALİCƏSİ: Xəstəyə ağrıkəsicilər, B qrup vitaminlər, ağrıkəsici mazlar təyin olunur. Fizioterapevtik müalicə, massaj, isti vannalar xəstəyə dərman müalicəsindən daha effektif təsir göstərir. Xəstəyə ortopedik yastıqda yatmaq, ağrı tutan zaman 10 dəqiqə isti duş qəbul etmək məsləhət görülür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"BOYUN OSTEOXONDROZU" haqqında müzakirə