Aşağıdakı əlamətlərin olması sizin qalxanvari vəzinizdə disfunksiyanın olmasını göstərir

  • Müəllif: elnare
  • Tarix: 10 iyun 2017
  • Baxış sayı: 4 048
  • 0 rəy

Aşağıdakı əlamətlərin olması sizin qalxanvari vəzinizdə disfunksiyanın olmasını göstərir. Diqqətli olun!

Son illər qalxanvari vəzi xəstələrinin sayı durmadan artır. Bunun əmələ gəlməsində müxtəlif səbəblərin olması qeyd edilsə də, xəstəliyin ilkin günlərdə müayinə və müalicə olunmaması onun ağırlaşmalarına səbəb olduğu qeyd edilir. Belə ki, bəzi ümumi əlamətlərdən şübhələnməyən xəstələr xəstəliyin müalicəsinin gecikdirilməsinə səbəb olurlar. Bu da müxtəlif ağırlaşmalara səbəb olur.

Əgər sizdə aşağıdakı əlamətlərdən bir-neçəsi varsa mütləq endokrinoloqa müraciət edin. Qalxanvari vəzinin disfunksiyası orqanizmdə hipotrioza və hipertrioza səbəb olur. Qalxanvari vəzi maddələr mübadiləsində iştirak edir. Onun disfunksiyası maddələr mübadiləsinin pozulmasına səbəb olur ki, bu da orqanizmdə bir çox xəstəliklərin meydana çıxmasına səbəb olur. Bu vəzin xəstəlikləri orqanizmdə aşağıdakı əlamətlərlə özünü göstərir.

  1. 1. Əzələ və sümüklərdə ağrılar.
  2. 2. Boğaz nahiyəsində diskomfort hissi.
  3. 3. Saçlarda və dırnaqlarda quruluğun və qırılaların olması.
  4. 4. Müxtəlif dəri problemləri.
  5. 5. Aybaşı problemləri ( gecikmələr, ağrılı aybaşının olması, qısa və ya uzun müddətli aybaşı).
  6. 6. Depressiya və ya həyəcanlılıq.
  7. 7. Xroniki yorğunluq
  8. 8. Çəkinin azalması və ya artması.
Yuxarıda sadalanan əlamətlərin bir-neçəsi sizdə varsa, o zaman mütləq endokrinoloqa müracit edin.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Aşağıdakı əlamətlərin olması sizin qalxanvari vəzinizdə disfunksiyanın olmasını göstərir" haqqında müzakirə