Sarımsaq

  • Müəllif: elnare
  • Tarix: 27 dekabr 2016
  • Baxış sayı: 5 925
  • 0 rəy

Sarımsaq bizim eradan 5000 il qabaq Ön Asiya,Misir, Qərbi və Mərkəzi Avropa ölkələrinə gəlib çıxmışdır.İtalyanlar sarımsağı insana güvvət verən, onun yuxusunu artıran bir vasitə kimi istifadə etmişlər.
Torpağın altında sarımsağın bir ədəd ağ örtüklə örtülmüş,dişəbənzər soğanağı yerləşir.Dişlərinin sayı xırdalarda 3-5 ədəd, orta ölçülərdə 6-12 ədəd, irilərdə isə 13-25 ədədə qədər olur.Dişvari soğanaqlarının uzunluğu bəzən 4sm-ə çatır.
Sarımsağın tərkibində 35%-ə qədər quru maddə, 27% sulu karbonlar, 8% zülal, inulin, fitonsidlər, yod, şəkər və s.maddələr tapılmışdır.Yaşıl yarpaqlarında isə karotin, PP, B və 140mq%C vitamini aşkar edilmişdir.Bundan əlavə tərkibinda çoxlu miqdar mikroelement vardır.Sarımsağın kəskin iyli olmasında əsas rolu allisin maddəsi oynayır. O,bakterisid xassəli olmaqla yanaşı sarımsaqda olan efir yağının 60%-ni təşkil edir.
Təzə şirəsi və cövhəri qüvvətli bakterisid və funqisid təsirlərə malikdir,mədə şirəsinin ifrazını artırır, bağırsaqlarda gedən qıcqırma və çürümə proseslərinin qarşısını alır.
Nəfəs yollarının iltihabında,xroniki bronxitlərdə, pnemoniyalarda,bronxial astmada,aterosklerozun profilaktika və müalicəsində də yaxşı nəticə verir.Sarımsağda tapılan fitonsidlər streptokokkları,stafilokokkları, yatalaq bakteriyalarını, vərəm çöplərini və başqa mikrobları məhv edir.
Sarımsaq həm də qrip və angina xəstəliklərini sağaldır.Bunun üçün sarımsağı əzib tənzifdən keçirmək və buruna bir neçə damcı damcılatmaq kifayətdir.
Arterial təzyiqdə isə bir stəkan çuğundur,yaxud yerkökü şirəsinin bir qaşıq sarımsaq şirəsilə qarışığı kömək edir.Sarmsağı başın dərisinə sürtərək tükün tökülməsinin qarşısını almaq olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Sarımsaq" haqqında müzakirə