Ürək hansı yaş dövrlərində daha təhlükəlidir?

  • Müəllif: redaktr
  • Tarix: 21 yanvar 2017
  • Baxış sayı: 2 921
  • 0 rəy

Ürək hansı yaş dövrlərində daha təhlükəlidir?
Ürək insan dünyaya gəldikdən ölənə kimi gecə-gündüz öz motor funksiyasını yerinə yetirir.Kardioloqlar müəyyən yaş dövrlərinin ürək fəaliyyəti üçün təhlükəli olduğunu söyləyirlər.
Ürək daxili orqanlardan ən vacibi sayılır.Bəzi hallarda isə ürək öz fəaliyyətində zəiflik göstərir.Həkimlər bunun müəyyən yaş dövrlərinə aid olduqlarını söyləyirlər və ürək xəstəliklərini aşağıdakı yaş dövrlərinə ayırırlar.
1 yaşına qədər körpələr
Bəzən körpələrdə ürək qüsurları olur.Bu anadangəlmə və qazanılma olaraq 2 növə ayrılır.Ürək qüsurları körpələrin həyatı üçün təhlükəli sayılır.Bu zaman ürək qapaqlarında olan zədələnmə qanın hamısını vurub ötürə bilmir və geriyə qayıdan qan yığılıb mədəciklərdə qalır.Bu da 1 yaşına kimi ürək qüsurundan əziyyət çəkən uşaqların ölümünə səbəb olur.
Xəstəlik özünü dərinin göyərməsi,arıqlama və təngnəfəsliklə biruzə verir
5 yaşına qədər uşaqlar
İrsi ürək çatışmazlığından əziyyət çəkən uşalarda 5 yaşına kimi ölüm halları baş verə bilir.Genetik kardiopatiya zamanı ürəyin inkişafı normal getmir.Bu zaman arteria damarı qanı qovub çıxarmağa çalışır,amma bacarmır.Bu zaman ürək benzini qurtarmış matora bənzəyir.Kardiopatiya virus və göbələk xəstəliyi səbəbindən əmələ gəlir.Ən çox isə badamcıqların iltihabı kardiopatiyalara səbəb olur.
Xəstəlik özünü fiziki aktivlik zamanı təngnəfəsliyin olması,ümumi zəiflik,bəlğəmli öskürəklə biruzə verir.
18 yaşına qədər yeniyetmələr
Yeniyetmə dövründən 18 yaşına qədər uşaqlar sürətlə böyüyürlər.Bu zaman onların fiziki və psixi vəziyyətlərində aktivlik olur və hormonal sistemlərində dəyişikliklər baş verir.Bu zaman bəzi yeniyetmələrdə ikincili arterial təzyiq meydana çıxa bilir.Bu zaman bəzən damarlarda qanın axını pisləşir və təzyiq 160 və ya 180-a qədər qalxa bilir.Xəstə həkimə müraciət etdikdə və müalicə aldıqda əlamətlər aradan qalxır.
Xəstəlik özünü burun qanaxması,baş ağrıları,qulaqlarda küy,tez yorulma və ürək nahiyəsində ağrıların olması ilə biruzə verir.
19-30 yaş arası
Bu yaş dövründə ürək birincili arterial təzyiqin yüksəlməsi səbəbindən zədələnir.Zədələnmə ən çox atereskleroz səbəbli daha da dərinləşir və ürəyin yükü artır.Vaxtında müayinə və müalicə xəstəliyin sağalmasına səbəb ola bilir.
Patologiya özünü ikincili arterial təzyiqin yüksəlməsi ilə göstərir.Müalicə təzyiq salıcı dərmanlardan,istirahətdən və dietadan ibatət olur.
30-40 yaş arası
Bu yaş dövründə ürəkdə əmələ gələn problemlər ateresklerozvə xolesteron səbəbli olur.Bu zaman ürək yetərincə oksigenlə qidalana bilmir və ürəkdə qidalanma pozğunluğu əmələ gəlir ki,bu da işemiyaya,stenokardiyaya və infarkta səbəb olur.Bu xəstəliklər xəstələrin ölümünə səbəb olur.
Xəstəliklər özünü sinədə ağrı,soyuq tərləmə,qorxu hissi,təzyiqin düşməsi ilə özünü biruzə verir.
40-50 yaş arası
Bu yaş dövründə ürəkdə inkişaf edən işemiya və ürək-damar çatışmazlığı inkişaf etməyə başlayır.Belə xəstələrin yataq şəraitində müalicə olunması vacib olur.Kəskin ürək çatışmazlığı infarkta səbəb olur.Bu zaman xəstələrin yataq rejimi ilə yanaşı qidasına və müalicəsinə xüsusi diqqət yetirilməlidir.
Xəstəliklər özünü fiziki iş zamanı təngnəfəslik,ayaqlarda şişkinlik,tez yorulma ilə biruzə verir.
50-60 yaş arası
Bu yaş dövründə ürək xəstəliklərinə tez-tez rast gəlinir.Atereskleroz,müxtəlf xəstəliklər,infeksiyalar,piylənmə ürəyin işini çətinləşdirir.Bu da ürəkdə qidalanma pozğunluqlarına səbəb olur ki,sonunda infarkt və beyində insultla nəticələnir.
Xəstəliklər ürək nahiyəsində kəskin ağrı,dərinin solğunlaşması,prosesə beyin qarışdıqda isə nitqdə qüsurlar və hərəkət tarazlığını itirilməsi ilə özünü biruzə verir
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Ürək hansı yaş dövrlərində daha təhlükəlidir?" haqqında müzakirə