Reaktiv artrit

  • Müəllif: elnare
  • Tarix: 25 dekabr 2016
  • Baxış sayı: 3 688
  • 0 rəy

Reaktiv artrit
Reaktiv artrit oynaqların iltihabi zədələnməsi olub, bir sıra infeksiyalardan sonra meydana gəlir. Bu infeksiyalara sidik-cinsiyyət, bağırsaq, burun-udlaq infeksiyaları aiddir. Xəstəliyə dizenteriyadan sonra 3%, urogenital infeksiyalardan sonra1% hallarda rast gəlinir. Ən çox 20-40 yaşlı adamlar arasında baş verir. Reaktiv artritin bir-neçə forması ayırd edilir:
1. Urogenital.
2. Postenterokolit.
3. Burun-udlaq.
Anamnez və müayinələr zamanı pasiyentlərin oynağında dəyişikliklər, dizurik simptomlar, 2 ay diareya əlamətinin olmaması, gözlərdə qızartının olması və cinsiyyət orqanının zahiri dəyişikliyinin olmasına diqqət yetirməlidir.
Baxış zamanı xəstənin ağız boşluğunda, cinsi orqanında ağrısız eroziyanın olması, ayaq altında psoriazda olduğu kimi dərinin zədələnməsini aşkar etmək mümkündür. Reaktiv artrit zamanı əsasən diz, mil-bilək, qamış-daban oynaqları zədələnir. Xəstəlik üçün barmaqların soskayabənzər şəkil alması xarakterik sayılır. Revmatoid artrit zamanı oynaqətrafı nahiyyələrdə zədələnmələr baş verir. Bu zaman axillobursit, dabanlı bursit, daban hündürlüklərinin periostiti baş verir. Belə xəstələrin gözləri tez-tez zədələnir. Belə ki, reaktiv artrit xəstələrində yüngül konyuktvitdən tutmuş, ağır iritə qədər baş verə bilir.
Xəstələrə diaqnozun qoyuluşunda qanın, sidiyin analizləri, rentgenoloji müayinələrin nəticələrinin əhəmiyyəti böyükdür.
Müalicə zamanı məqsəd oynaqlarda iltihabın və ağrının azalmasından ibarətdir. Müalicə zamanı xəstəliyin ilk 2 həftəsində xəstəyə sakitlik verilir, siomptomlara görə müalicə aparılır. Xəstəyə fizioterapevtik müalicə məsləhər görülür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Reaktiv artrit" haqqında müzakirə