BAŞ BEYİN SARSILMASI

  • Müəllif: admin
  • Tarix: 25 dekabr 2016
  • Baxış sayı: 171 366
  • 0 rəy

BAŞ BEYİN SARSILMASI.
Baş beyin sarsılması – baş beyin morfologiyasının aşkar ifadə olunmuş dəyişiklikləri olmadan kəllə-beyin travması ilə bağlı beyin funksiyasının pozulması əlamətlərinin toplusudur. Beyin sarsılması qapalı baş travmasının müstəqil forması kimi, eləcə də beyin zədələnmələri, kəllə sümükləırinin çatları və sınıqları, qişa və beyindaxili qansızmalar zamanı meydana çıxır.
PAROLOGİYASI: Ölümlə nəticələnən beyin sarsılması zamanı venoz durğunluq, yumşaq beyin qişasının hiperemiyası, beyin ödemi, qansızmalar aşkar edilir. Beynin ödemli venaların sıxılmasına, serebrospinal mayenin axınının çətinləşməsinə, kəllədaxili təzyiqin artmasına gətirib çıxarır.
PATOGENEZ: Patomorfoloji proseslərdə çıxış nöqtəsi mexaniki amildir. Travmanın təsiri altında başlıca olaraq hipotalamus-hipofiz nahiyəsinə və beyin kötüyünə təsir göstərən hidrodinamik qüvvələr inkişaf edir. Travma altında şüurun qəflətən pozulması, sonralar isə süstlük, lənglik, yuxululuq və başqa klinik təzahürlərin baş verməsi, eləcə də sinir impulslarının bərpası zamanı bu əlamətlərin qayıtması bununla izah olunur.
Travma vurulan andan etibarən inkişaf edən mürəkkəb patoloji prosesdə birincili pozulmalar qeyd olunur. Birincili pozulmalara beyinin hipoksiyası, ödemi və şişməsinə səbəb olan təzahürlər və neyrohumaral-endokrin və mübadilə pozulmaları aiddir. Travma zamanı damarlarda dəyişikliklər qan dövranının yavaşımatsından, damar divarının keçiriciliyinin artmasından, az hallarda isə qırılmasına və cırılmasından ibarətdir.
Xəstəliyin əsas əlaməti travma baş verəndən 15 dəqiqə sonra şüurun itirilməsidir. Baş gicəllənməsi və baş hərlənməsi də qeyd olunur. Daha çox amneziya baş verir, başağrısı, qusma halları da müşayət olunur.
MÜALİCƏSİ: Beyin sarsılması zamanı xəstənin sakitliyi təmin olunur, mütləq xəstəxana şəraitində müalicə ilə təmin olunur. Xəstəyə antihistamin və neyroplegik dərmanlar, analgetiklər, trankvilizatorlar, barbiturlar təyin edilir, hormonal müalicə aparılır. Ən az 10 gün yataq rejimi saxlanılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"BAŞ BEYİN SARSILMASI" haqqında müzakirə