Diş daşı


Baxış sayı: 60     Bölmə: Məqalələr / Xəstəliklər / Dişlər

Diş daşı
Diş daşı dedikdə dişin boynunda bərkimiş ərp nəzərdə tutulur. Diş daşı dişin səthində bərkimiş ərpdir. Diş daşının rəngi çox tünd olur, bu da onun tərkibindəki ölmüş bakteriyalar, dəmir, fosfor, kalsium duzları ilə izah olunur. Diş ətinin üzərində ərp ağ və ya sarımtıl rəngdə olur, konsistensiyası yumşaq olur, xüsusi alətlə asanlıqla qopardılır. Diş ətinin altında olan daş isə çox bərk olur, ancaq stomatoloq xüsusi alətlə onu qoparda bilər, qara rəngdə olur, dişin kökünə bərk yapışır
Səbəbləri
-dişlərin müntəzəm təmizlənməməsi
-keyfiyyətsiz diş pastasından istifadə etmək
-əsasən yumşaq qida qəbulu
-maddələr mübadiləsi, xüsusilə düz mübadiləsinin pozulması
Ağırlaşmaları:
Diş daşı təmizlənmədikdə gingivit, diş ətinin qanaxmasına səbəb olur.
Tüpürcək vəzlərinin ifraz etdiyi tüpürcək nəticəsində diş daşı böyüyür, bu yerdə çənə strukturunu itirir və parodontit inkişaf edir, müalicə olunmadıqda parodontit daha ağır formalara keçir.
Siz nə edə bilərsiniz:
Stomatoloqun köməyi olmadan siz ancaq ağardıcı pastalardan istifadə edə bilərsiniz. Dişlərinizi hər yeməkdən sonra dişpastası ilə yuyun, diş iplərindən istifadə edin.
Həkim nə edə bilər:
Hal-hazırda diş daşını təmizləmək üçün 2 metoddan istifadə olunur: lazer və ultrasəs vasitəsilə. Ultrasəs skaler vasitəsilə diş daşı asanlıqla təmizlənir və diş əti zədələnmir. Lazer metodu az populyardır, belə ki, lazer diş daşını kiçik parçalara bölür.скачать dle 11.1смотреть фильмы бесплатно

http://immunitet.az/
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir!

"Diş daşı" məqaləsini sosial şəbəkələrdə paylaş

loading...

"Diş daşı" məqaləsinə komment yazmaq

Sağlam həyat təzi sürmək insanın immunitetini yüksəldir və xəstəliklərdən uzaq edir.
Ən son tibbi məqalələri yalnız bizim portaldan oxuya bilərsiz. Müasir müalicə üsulları ilə bir çox xəstəliklərin sağaldılmasına kömək edirik.
Sayt Azərbaycan Həkimləri tərəfindən tərtib edilib, bütün hüquqlar qorunur.