Ürək -damar sisteminə faydalı olan içkilər


Baxış sayı: 1 736     Bölmə: Məqalələr / Xəstəliklər / Digər xəstəliklər

 
Ürək -damar sisteminə faydalı olan içkilər.
Çinin Hankin Universitetinin alimləri 18 tibbi araşdırma aparmış və yaşıl çayın qara çaya nisbətən orqanizmə daha faydalı olduğunu təsdiq etmişdir. Belə ki, araşdırmada iştirak edən mütəxəssislər qara cayın ürək-damar sisteminə faydalı olduğunu sübut ediblər.
Eksterimentin nəticəsi qara çay içənlərin ürək-damar sistemi xəstəlikləri riskinin 30% aşağı oduğunu qeyd etmişdir.
Yaşıl çay isə aclıq hissini aradan qaldırmaqla insanın əhval-ruhiyyəsini qaldırdığı üçün arıqlamaq istəyənlər ondan çox istifadə edirlər. Yaşıl çayın tərkibində çoxlu antioksidantlar var və onlar sərbəst radilkallara təsir edərək damarlarda olan iltihabi  proseslərin azalmasına səbəb olur. Yaşıl çayın tərkibində olan antioksidantlar qara çayın tərkibində olduğundan daha çoxdur.
Bəs ürək-damar sisteminə daha hansı içkilər faydalıdır?
İngiltərə alimləri 5 belə içkinin olduğunu söyləyirlər. Bu içkilərin siyahısında su birinci yeri tutur. İkinci yeri yaşıl çay tutsa da, İngiltərəli alımlər sutka ərzində yarım litrdən artıq yaşıl cay içməyi məsləhət görmürlər. Buna səbəb çox qəbul edilən yaşıl çayın qanın laxtalanma qabiliyyətini artıra  bilməsidir. Bu isə laxtalanmanın artması ilə bərabər ürək döyüntülərinin də çoxlmasına səbəb olur.
Orqanizmə faydalı içkilərin siyahısında üçüncü yeri qırmızı şərab tutur. Qırmızı şərabın tərkibində olan polifenol və bioloji aktiv maddələr damarlarda olan pis xolesterinin miqdarının azalmasına və tromb əmələgəlmənin qarşısını alır.
Ürək-damar siteminə faydalı olan içkilərədən biri də nar şirəsidir.
Nar şirəsi ürəyi möhkəmləndirir. İngiltərə alimlərinin araşdırmaları mütəmadi olaraq nar şirəsi qəbul edən adamlarda insult və infarkt riskinin 20-40% aşağı olduğunu söyləyirlər. Nar şirəsinin tərkibində olan P, B6, C və E vitaminləri ürək əzələsinin qüvvətlənməsinə səbəb olur.
P vitamininin C vitamini ilə qarışığı damarların elastikliyin artırır, kapilyarlarda baş verən qansızmaları azaldır.
B6 vitamini yağ mübadiləsində yaxından iştirak edir və damarlarda xolesterinin azalmasına səbəb olur.
C vitamini qanda orqanizm üçün lazım olan xoşxassəli xolesterinin artmasına səbəb olur.
E vitamini trombəleyhinə təsir göstərir, vena və arteriyalarda qanın qatılaşmasının qarşısını alır. Orqanizmin sutkalıq E vitamininə olan təlabatı 2 xörək qaşığı yağın tərkibində olur.скачать dle 11.1смотреть фильмы бесплатно

http://immunitet.az/
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir!
Paylaş
loading...

Sağlam həyat təzi sürmək insanın immunitetini yüksəldir və xəstəliklərdən uzaq edir.
Ən son tibbi məqalələri yalnız bizim portaldan oxuya bilərsiz. Müasir müalicə üsulları ilə bir çox xəstəliklərin sağaldılmasına kömək edirik.
Sayt Azərbaycan Həkimləri tərəfindən tərtib edilib, bütün hüquqlar qorunur.