Sistit


Baxış sayı: 340     Bölmə: Məqalələr / Xəstəliklər / Sidik ifrazı sistemi

 
SİSTİT
Sistit sidik kisəsinin selikli qişasının və ümumiyyətlə digər qişalarının bu prosesə cəlb olunması ilə baş verən iltihabi xəstəliyidir.
ETİOLOGİYSI VƏ PATOGENEZİ: Xəstəlik mikroblar, viruslar, parazitlər tərəfindən törədilir, kimyəvi maddələr ,zəhərlənmələr,şüalanma və s. nəticəsində baş verir.Mikroorqanizmlərin sistitin yaranmasında əsas rol oynadığı danılmazdır.Mikroplazma və xlamidiya nəticəsində baş verən sistitlərdə mikroblar çətin aşkar edildiyi üçün çox zaman baktreial sistit diaqnozu qoyulur.Sistit kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir.Xəstəliyin patogenezində soyuqlama və orqanizmin müqavimətinin aşağı olmasının xüsusi əhəmiyyəti vardır. Sİdik ifrazının çətinləşməsi, hormonal pozğunluqlar, kiçik çanaq orqanlarında durğunluq xəstəliyin əmələ gəlməsində böyük rol ounayır.Prostatın hiperplaziyası,sidik kisəsinin daşları,divertikulu da sistitə səbəb ola bilir.
KLİNİKASI:Kəskin sistit zamanı tez-tez ağrılı siyimə, sidik kisəsi nahiyəsində ağrılar, piuriya və terminal hemouriya kimi əlamətlərlə təzahür edir. Ağrının intensivliyi, sidiyə getmə aktlarının tezliyi iltihabi prosesin aktivliyindən asılıdır. Xəstələr hər 20-30 dəqiqədən bir sidiyə çıxırlar. Sidik aktı çox ağrılı olur və axırda bir neçə damcı qan görünür. Qasıq arxası ağrı siyimə aktı arası dövrdə və sidik kisəsinin palpasiyası zamanı müşahidə olunur. Ağrı nəticəsində detruzorun tonusunun yüksəlməsi baş verir. Bu zaman sidik kisəsində yığılan kiçik miqdarda sidik belə interativ siyimə aktına səbəb olur. Siyimə zamanı sidik iltihablaşmış uretradan keçdikdə güclü ağrı yaratığı üçün uşaqlar siyimə aktını təxirə salırlar və hətta oğlanlarda sidiyin kəskin tutulması meydana çıxa bilir.
Sidikdə çoxlu miqdarda leykositlər, eritrositlə, bakteriyalar və sidik kisəsi epiteli olsuğu üçün rəngi bulanır. Az hallarda xəstələrdə bədən hərarəti yüksəlir, amma böyrəklər iltihabi prosesə qoşularsa üşütmə və yüksək hərarət olur.
Gedişi: adətən kəskin sistitin gedişi yaxşı nəticələnir. 7-10 gün sonra əlamətlər sönməyə başlayır, xəstənin vəziyyəti yaxşılaşır. Xroniki sistit müstəqil xəstəlik kimi olmur. Çünki əksər hallarda o ikincili olaraq sidik ifrazat sistemi xəstəlikləri zamanı meydana çıxır.
Xroniki sistitin əmələ gəlməsinə sidik kisəsi daşı, divertikulu, şişi, prostatın xoşxassəli hiperplaziyası, uretranın strukturası və s.səbəb ola bilir.
Diaqnoz: Kəskin sistitin diqanostikası ağrı, dizuriya, piuriya, terminal hematuriya simptomlarına əsasən qoyulur. Əlləmə zamanı xəstə qasıqüstü sahədə ağrı hiss edir. Sidiyin müayinəsi zamanı orada leykositlərin çoxluğu aşkar edilir. Ultrasəs müayinəsi və rentgenoloji müayinələr bütün sidik-ifrazat sisteminin vəziyyətini qiymətləndirməyə imkan verir.
Müalicəsi: Xəstəyə yataq rejmi tövsiyyə olunur. Kəskin və qıcıqlandırıcı qidalardan imtina edilməlidir. Qəbul edilən maye miqdarı artırılır. (üələvi-mineral sular, şirələr gün ərzində 2 l.dən çox olmalıdır). Xəstələr sidik kisəsi nahiyəsinə istiqac qoyduqda yaxud isti vannadan sonra rahatliq tapırlar. Xəstəyə 3-4 gün ərzində iltihabəleyhinə preparatlar verilir. Xəstəlrə nitrofuqallardan,ftorxinolon qrupundan preparatlar tətbiq olunur.
Xroniki sistitdə əsas etibarilə sistiti yaradan amili aradan qaldırmaq lazımdır ( sidik kisəsi divertikulu, sidik kisəsi daşı və s.)
Antibakterial preparatla yanaşı sidik kisəsinin instillasiya olunur.скачать dle 11.1смотреть фильмы бесплатно

http://immunitet.az/
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir!
Paylaş
loading...

Sağlam həyat təzi sürmək insanın immunitetini yüksəldir və xəstəliklərdən uzaq edir.
Ən son tibbi məqalələri yalnız bizim portaldan oxuya bilərsiz. Müasir müalicə üsulları ilə bir çox xəstəliklərin sağaldılmasına kömək edirik.
Sayt Azərbaycan Həkimləri tərəfindən tərtib edilib, bütün hüquqlar qorunur.