Uşaq travmalarının oyun terapiyası ilə müalicəsi

  • Müəllif: sahane
  • Tarix: 4 fevral 2018
  • Baxış sayı: 2 582
  • 0 rəy

Uşaqların kiçik yaşlarda keçirdikləri travmaları oyun terapiyası ilə sağaltmaq mümkündür.

İmmunitet.az xəbər verir ki, bu haqda türkiyəli psixoloq və oyun terapevti Nihat Doğan məlumat verib. Onun sözlərinə görə, oyun və oyuncaqlardan istifadə edərək depressiya, diqqət əksikliyi, travma, gecə yerini islatma, yemək və yuxu kimi problemləri həll etmək olar:

“Bunun sayəsində uşaqlar özlərini ifadə edə bilirlər. Bu üsul problemlərin həllinə və ya azaltmağa kömək edən terapiya növüdür”.

Azyaşlının iç dünyasını, duyğularını anlamağın vacibliyini vurğulayan psixoloq, oyun terapiyasının əsas hədəfinin uşaqların narahat olduqları problemlərini həll etmək olduğunu bildirib:

“Oyunu maraqsız əyləncə kimi adlandırmaq olmaz, son zamanlar kifayət qədər mühüm xarakter daşıyır.

Böyüklər üçün sözlər nə məna kəsb edirsə, uşaqlar üçün də oyun odur”.

Mütəxəssis bu terapiyanın adətən 2-12 yaş arası uşaqlara tətbiq olunduğunu qeyd edib.

“Terapiyada seçilmiş oyun materiallarında azyaşlılar özlərini ifadə və kəşf edirlər. Terapevt uşaqların istəyini qəbul edər, amma, eyni anda sərhəd də qoyar. Çünki səhədlər fiziki və duyğusal baxımından onları güvəndə hiss etdirər”,-deyə terapevt Doğan bildirib.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Uşaq travmalarının oyun terapiyası ilə müalicəsi" haqqında müzakirə