Littl xəstəliyi

  • Müəllif: redaktr
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 2 516
  • 0 rəy

Littl xəstəliyi.
Bu xəstəlik uşaq serebral iflicinin ən çox yayılmış formasıdır. Xəstəliyin xarakterik xüsusiyyəti əsasən aşağıdakılarla özünü biruzə verir:
– ayaqlarda spastik tetraplegiya
– tetraparez
– psixi pozulmalar
– nitq pozulmaları.
Xəstəlik uşağın həyatının birinci ilinin sonuna yaxın spastik diplegiya ilə özünü biruzə verir. Littl xəstəliyi zamanı ətrafların motor funksiyası ləngiyir, bədənin düzləndirici refleksləri, ətrafların əzələlərinin tonusu zəifləyir. Ətraflarda məcburi vəziyyət yaranır. Belə ki, ayaqların açıcı və yaxınlaşdırıcı funksiyası pozulur, əzələlərin tonusunun yüksəlməsi nəticəsində uşağın hərəkətləri məhdudlaşır. Uşaq uzanmış vəziyyətdə olan zaman qollar dirsək oynağında bükülmüş halda bədənə yaxınlaşır, ayaqlar dartılaraq bud-çanaq, baldır-daban oynaqlarında açılır, bir-birinə yaxınlaşır. Uşağı ayaq üstə qoymaq istədikdə o, pəncələrinə dirənir, bu zaman ayaqlar çarpazlanır, ayaq əzələlərinin hərəkəti çətinləşir. Uşaq böyüdükcə əzələ tonusunun artması nəticəsində az hərəkətlilik, iri oynaqlarda isə kontrakturlar meydana çıxır. Uşağın pəncələri üstündə dirənməsi dabanların kobud deformasiyasına səbəb olur. Uşağın yaşı irəlilədikcə dizlərdə və əllərdə də patoloji dəyişikliklər meydana çıxır. Əl, ayaq, mimiki əzələlərdə hiperkinezlər əmələ gəlir. Uşaq əsəbləşəndə və ya gərgin olanda hiperkinez əlamətləri bir az da artır, yatdıqda və sakit vəziyyətdə isə azalır.
Littl xəstəliyi zamanı uşaqlarda nitq pozğunluqları inkşaf edir və tənəffüs üzvlərinin də hiperkineziyası başlayır. Belə ki, bu zaman nitqdə ləngimələr və təkrarlamalar olur. Əksər hallarda qavrama və yaddaş pozulmaları baş verir, bəzən spastik qıcolmalar müşahidə edilir.
Uşağın həyatının ilk aylarında ümumi paroksizmlər daha çox baş verir. Xəstə 
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Littl xəstəliyi" haqqında müzakirə