Aşağıdakı əlamətlər sizdə baş verirsə mütləq həkimə müraciət edin. Çünki sizdə ürək xəstəlikləri şübhəsi var.

  • Müəllif: elnare
  • Tarix: 31 mart 2017
  • Baxış sayı: 16 634
  • 0 rəy

 Aşağıdakı əlamətlər sizdə baş verirsə, mütləq həkimə müraciət edin. Çünki sizdə ürək xəstəlikləri şübhəsi var.
Ürək pristuplarının baş verməsini əvvəlcədən necə təyin etmək olar?
Ürəkdə baş verən pristupları ağır ürək xəstəliklərinə və qəfil ölümə səbəb olduğunun tez-tez şahidi oluruq. Bu xəstəlikləri və ölümün qəfildən meydana çıxdığı deyilsə də hadisə baş verənə kimi, müxtəlif patologiyalar öz işini görür. Yəni, qəfil pristup desək də, xəstəliyin başlanğıcı əvvəllərə gedib çıxır. Bəs qəfil meydana çıxan xoşagəlməz halların baş verməsini əvvəlcədən necə bilmək olar?
Əlamətlərlə sizləri tanış edək:
1. Yorğunluğun artması
Ürəyin koronar arteriya damarları ilə ürəyə daxil olan qanın miqdarı yetərincə olmadıqda insanlarda tez yorulmalar başlayır. Bu da ürək damarlarının güclənmiş qaydada işləməsi səbəbindən baş verir, yəni ürək daha çox döyünür ki, lazım olan qədər qanı alıb ötürə bilsin.
2. Hava çatışmazlığı
Belə adamlarda pristupdan bir müddət əvvəl hava çatışmazlığı əlamətləri meydana çıxır. Bunun səbəbi isə ürəyə lazım olan qədər qanın gəlməməsi səbəbindən ürəyin oksigenlə qidalanmamasıdır.
3. Zəiflik
Orqanizmə lazım olan qədər oksigen daxil ola bilmir və insanlarda özünü zəiflik əlamətləri ilə göstərir.
4. Baş hərlənməsi və soyuq tər
Bu qanın sirkulyasiyasının normal olmadığı zamanlarda meydana çıxır.
5. Döş hissədə diskomfort
Ürəkdə oksigen çatışmazlığı özünü döş hissədə xoşagəlməz hiss ilə biruzə verir.
Mütəxəssislər yuxarıda sadalanan əlamətlərin aşkar olunduğu zaman mütləq vaxtında həkimə müraciət etməyi söyləyirlər. Çünki, sonra gec ola bilər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Aşağıdakı əlamətlər sizdə baş verirsə mütləq həkimə müraciət edin. Çünki sizdə ürək xəstəlikləri şübhəsi var." haqqında müzakirə