Böyrək daşı ilə bağlı bilinməyən gerçəklər

  • Müəllif: sahane
  • Tarix: 27 yanvar 2018
  • Baxış sayı: 1 908
  • 0 rəy

Böyrək daşı əməliyyatı, yaranan kristalların cərrahi üsulla çıxarılmasıdır.

Əksər insan, xəstənin bu əməliyyatdan neçə gün sonra yaxşılaşdığını, əməliyyatın necə baş verməsi ilə maraqlanır.

İmmunitet.az xəbər verir ki, türkiyəli mütəxəssis Can Öbek bu barədə ən çox verilən sualları cavablandırıb:

 - Böyrək daşı əməliyyatı nədir, necə edilir?

 - Böyrəkdə yaranan daşlar cərrahi üsulla bədəndən xaric edilir. Daşın formasından və yerləşmə mövqeyindən asılı olaraq müxtəlif üsullarla çıxarılır. Məsələn, əməliyyat zamanı müxtəlif kamera və cihazlardan istifadə edilə bilər. Lazer şüasına da bəzən ehtiyac görülür.

 - Xəstə əməliyyatdan neçə gün sonra yaxşılaşır?

 - Səhhət qısa müddətdə yaxşılaşır. Adətən bir gecə xəstəxanada saxlanılan xəstə ertəsi gün çıxarıla bilər.

 - Böyrək daşı nədən yaranır?

 - Bilinən və bilinməyən çox səbəblər mövcuddur. Burada genetik faktor da mühüm rol oynayır. Həmçinin günlük sudan az istifadə, bəzi zərərli qidalar da daşın yaranmasına təkan verir.

 - Xəstəliyin əlamətləri nədir?

 - Adətən insanın belinin yan hissələrində ağrılar baş verir. Şiddətli ağrılar böyrək daşının xəbərçisidir. Bulanma hissi və qusma halları yarana bilər.

 - Böyrək daşı müdaxiləsiz düşə bilər?

 - Kiçik böyrək daşlarının düşməyi mümkündür. Bu tip daşlar zamanı əməliyat qərarı alınmadan daşın özünün düşməsi üçün zaman ayrılır. Pasiyentə çoxlu maye qəbul etməsi tövsiyə edilir. Həmçinin düşməsinə kömək edəcək dərmanlar yazılır.

 - Bu halın bir daha yaranmaması üçün nələr edilməlidir?

 - Yenidən yaranmaması üçün bol su içməkləri xəstələrə bildirilir. Həmçinin yeməklərində duzu azaltmaqları deyilir. Xüsusi pəhriz başladılaraq istifadə edə biləcəyi dərmanlar qərara alınır.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Böyrək daşı ilə bağlı bilinməyən gerçəklər" haqqında müzakirə