Ekskretor uroqrafiya nədir

Ekskretor uroqrafiya nədir
0 0 18 fevral 2017 0

Ekskretor uroqrafiya nədir
Böyrək xəstəlikləri zamanı diaqnozun qoyulmasında ekskretor uroqrafiyanın rolu böyükdür.Bu venadaxili prosedur sayılır.Ekskretor uroqrafiya böyrək və sidik yollarının morfoloji və funksional vəziyyətini öyrənməkdə kömək edir.
Bunun üçün vena daxilinə yod tərkibli kontrast maddə 30-50% 25-40 ml triombrast (veqoqrafin,urotrast)yeridilir.Sonra 5,15 və 25-ci dəqiqələrdə böyrəklərin rentgen şəkli çəkilir.Kontrast maddə böyrəklər tərəfindən ifraz olunmaqla onun funksional vəziyyəti haqda məlumat verir.Bundan başqa böyrəklərin yerləşməsi,forması,ölçüləri,böyrək kasacıq-ləyən sisteminin,sidik axarının vəziyyəti haqqında məlumat əldə edilir.Uroqrafiya eyni zamanda böyrəklərdə daş,şiş və s. dəyişikliklərin də aşkarlanmasına yardım edir.
Böyrək çatışmazlığı olduqda kontrast maddə ifraz olunmadığı üçün ekskretor uroqrafiyanın diaqnostik əhəmiyyətləri olmur.Hətta bəzi hallarda böyrək çatışmazlığı zamanı uroqrafiya əks-göstəriş sayılır.Ona görə ekskretor utoqrafiya aparmaq üçün həmişə əvvəlcə Zimnitski sınağı həyata keçirilməlidir.Əgər sidiyin nisbi sıxlığı bir və ya bir-neçə porsiyada 1,016-dan yüksək olmazsa,onda ekskretor uroqrafiya yox,infuzion uroqrafiya aparılır.İnfuzion uroqrafiyaya göstərişlər:
1 Xəstədə xroniki böyrək çatışmazlığı olduqda
2 Sidik yollarının tam vəziyyətini müəyyən etmək lüzumu meydana çıxdıqda
3 Ekskretor uroqrafiyada məlumat az olduqda
İnfuzion uroqrafiyanı yerinə yetirmək üçün 10-15 dəqiqə ərzində vena daxilinə 200-250 ml 25%-li kontrast maddə yeridi.lir.Bu zaman birinci rentgen şəkli kontrast maddə venaya yeridilən zaman çəkilir.Sonra şəkillərin çəkilmə vaxtı əvvəlki şəkillərin nəticələrindən asılı olur.
Bəzən ekskretor və infuzion uroqrafiyaların nəticələri aydın olmadıqda xəstələrə retroqrad ureteropieloqrafiya edilir.Bunun üçün sidik kisəsinə yeridilmiş sistaskopdan sidik axarına xüsusi kateter salınır və kateterlə yodlu maddə(3-5 ml),yaxud oksigen yeridilərək böyrək ləyəninin şəkli çəkilir.

OXŞAR XƏBƏRLƏR