Böyrək axarlarında sekresiyanın pozulması

  • Müəllif: redaktr
  • Tarix: 29 yanvar 2017
  • Baxış sayı: 1 737
  • 0 rəy

Böyrək axarlarında sekresiyanın pozulması
Böyrək axarlarının divarında olan epitel hüceyrələrinin sekretor fəaliyyəti yumaqcıqların filtirasiya yolu ilə keçə bilməyən bəzi maddələrin orqanizmdən xaric edilməsinə imkan verir.Böyrəklərdən sekresiya yolu ilə boyaq maddələri (konqorot,meütilen abısı),tərkibində yod daxil olan üzvi maddələr(diyodtrast),bəzi dərmanlar(pensillin)xaric oluna bilir.Orqanizmdə ATF –in funksiyası pozulduqda isə sekresiya prosesi kəskin surətdə zəifləyir.Böyrək çatışmazlığı da sekresiya funksiyasının pozulması ilə müşahidə edilir. Bu zaman qanda orqanizmdən xaric olunmalı maddələrin miqdarı artır.Buna görə də böyrək çatışmazlığı olan xəstələrə antibiotiklərin istifadəsi ehtiyatla həyata keçirilir.Bəzi böyrək xəstəlikləri zamanı böyrəklərin axacaqları atrofiyaya uğrayır ki, bu zaman böyrəklərin fəaliyyəti tam dayanır.
Böyrək borucuqlarının zədələnməsinə və atrofiyasına aşağıdakı xəstəliklər səbəb ola bilir:
- xroniki xəstəliklər
- hydrogen ionlarının sekresiyasını təmin edən fermentlərin irsi qüsurları
- karbohidrazanın aktivliyini azaldan dərman preparatlarının qəbulu
- ammoniogenez proseslər.
Bu proseslər pozulduqda orqanizm çoxlu Na və HCO3 ionları itirir.Bu zaman sidikdə turş fosfatların miqdarı azalır və qələvi fosfatların miqdarı artır.Beləliklə sidik qələvi reaksiyalı olur və orqanizmdə mübadilə asidozu əmələ gəlir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Böyrək axarlarında sekresiyanın pozulması" haqqında müzakirə