Ağrılı sidik ifrazı - İntersistal sistit

  • Müəllif: elnare
  • Tarix: 18 yanvar 2017
  • Baxış sayı: 4 409
  • 0 rəy

Ağrılı sidik ifrazı - İntersistal sistit.
Ağrılı sidik ifrazı adətən intersistal sistit xəstəliyində müşahidə edilir. Xəstəliyə diaqnozun qoyulması və sistit olmasının təsdiq olunması, ağrı sindromunun erkən müalicəsini və əlamətlərin aradan qalxmasını sürtləndirir.
Avropa İntersistal Sistit Çalışmaları Dərnəyində işləyən elm adamları intersistal diaqnozunun "Ağrılı sidik ifrazı" sindromu ilə əvəz eləmişlər. Buna səbəb sidiyə çıxma zamanı ağrının olması ilə bərabər, xroniki sidik kisəsi əlamətlərinin, tez-tez sidiyə çıxma hissinin olmasıdır. Ağrılı sidik ifrazı sindromunun diaqnozu digər müayinələrlə yanaşı sistoskopiyanın aparılması ilə yanaşı təsdiqlənir.
Ağrılı sidik ifrazı sindromu ən çox orta yaş və ondan yuxarı yaşda olan adamlarda rast gəlinir. Mütəxssilər xəstəliyə doaqnozun qoyiması və xəstəliyin tam inkişaf etməsi üçün 5-7 il zaman vaxt keçdiyini qeyd edirlər.
Ağrılı sidik sindromu zamanı xəstələr sidiyə çıxan zaman sidik axarı kanalı boyu, kanalın uc hissəsi və ətrafı nahiyələrində ağrıdan şikaytlənirlər. Bu zaman ağrı hissi yanğı, göynəmə və gücənmə ilə yanaşı baş verir. Genital və uretal bölgədə olan ağrılar yandırıcı və sızlayıcı olaraq xəstəni narahat edir. Bəzən ağrılar sidiyə çıxan zaman artır, sidiyə çıxdıqdan sonra isə azalır.
Ağrılı sidik sindromuna diaqnoz qoymaq üçün aşağıdakı müayinə üsullarından istifadə edilir:
* sidiyin analızı
* fiziki müayinə
* histoloji müayinə
* sistaskopiya
* hidrodistansiya
* laparoskopiya.
Diaqnozun qoyulması üçün xəstənin anamnezinə diqqətlə qulaq asmaqda çox fayda var.
Müalicə zamanı antibiotiklrdən, bakteriya və göbələk əleyhinə dərmanlardan, ağrıkəsicilərdən və s. istifadə edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Ağrılı sidik ifrazı - İntersistal sistit" haqqında müzakirə