Sidiyə gec getməyin zərərləri

  • Müəllif: elnare
  • Tarix: 8 yanvar 2017
  • Baxış sayı: 18 795
  • 0 rəy

Sidiyə gec getməyin zərərləri.
Müxtəlif səbəblərdən sidiyə getməməyin orqanizmdə nələrə səbəb ola biləcəyindən xəbəriniz varmı?
İnsanlar bəzi xəstəliklər səbəbindən uzun müddət sidiyə çıxmaya bilirlər. Bu böyrək xəstəlikləri və ya uzun müddət hansısa işlə baş qarışan zaman baş verə bilir. Sizlərə müxtəlif səbəblərdən ( xəstəliklər xaric) sidiyə gec çıxmanın orqanizmdə nələrə səbəb ola biləcəyi barədə məlumat vermək istəyirəm.
1. Uzun müddət tualetə getmədən sidiyi saxladıqda sidik kisəsinin həcmi böyüyür. Kisədə sidik nə qədər çox olarsa, onun divarı da bir o qədər nazilir. Bu vəziyyətdə olan sidik kisəsinə zərbə dəydikdə və ya həmin adam yıxıldıqda sidik kisəsi partlaya və adam ölə bilər.
2. Sidik kissinə yığılan sidik orqanizmdən xaric olunmalı məhsuldur. Onun tərkibində çoxlu miqdar turşular, bakteriyalar və ammonyak var. Sidiyi uzun müddət kisədə saxlamaq həmin bakteriyaların sidik kisəsi və sidikçıxarıcı axarlarda patoloji xəstəlik əmələ gətirmə təhlükəsi artır.
3. Sidiyi, sidik kisəsində çox saxlamağın digər fəsadı yığılan sidik duzlarının böyrək daşlarını əmələ gətirməsinə səbəb olmasıdır. Böyrək duz və daşlarının orqanizmdə hansı patologiyalara səbəb olacağını yəqin ki, hamınız bilirsiniz. Bu duz və daşların orqanizmdən xaric olarkən necə ağrılar əmələ gətirdiyindən hamı xəbardardır. Bu patologiyaların baş verməməsi üçün həkimlər sidiyin, sidik kisəsində çox yığılıb saxlanmasının əleyhinədirlər.
Bu məqaləni oxuyan kimi sizin də həmən tualetə gedəcəyinizdən əminəm.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Sidiyə gec getməyin zərərləri" haqqında müzakirə