Burun kiprik sinirinin nevralgiyası

  • Müəllif: elnare
  • Tarix: 27 dekabr 2016
  • Baxış sayı: 2 108
  • 0 rəy

BURUN KİPRİK SİNİRİNİN NEVRALGİYASI.
Xəstəliyi kəllə boşluğundan kənarda olan iltihab prosesləri törədir. Sinirin parasimpatik posqanalionar lifləri damaq düyünündən göz yaşı vəzisi və burun boşluğunun kiçik vəziləri istiqamətində yönəlir. Buna görə də burun kiprik sinirinin nevralgiyası kəskin vegetetiv xarakter daşıyaraq ağrı simptomu ilə müşayət olunur. Ağrı adətən günün ikinci yarısı və gecələr başlayır və 10 dəqiqəyədək baş verir.
Damaq düyününün sinir ağrıları triqqer amilləri səbəb olmadan, axşam yaxud gecə tədricən baş verir, ağrılar tutma şəkilli olur. Ağrı üst çənə və göz yuvasından gicgah, boyun, hətta qola yayıla bilir, intensiv və sıxıcı xarakterr daşıyır. Xəstədə qiporeya, konyuktvit, üzün hiperemiyası və şişkinliyi, tüpürcək ifrazının artması müşayət edilir.
DİAQNOZU:  Xəstəliyə diaqnozun qoyulmasında burun boşluğunun arxa şöbəsinə 2%-li dikain məhlulunun çəkilməsindən sonra tutmaların dayanması əhəmiyyətli rol oynayır.
MÜALİCƏSİ: Üçlü sinirin nevralgiyasında ağrıların azalmasına və ya tam kəsilməsinə tətbiq edilən dərmanlar təyin edilir, qıcolma əleyhinə preparatlardan istifadə edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Burun kiprik sinirinin nevralgiyası" haqqında müzakirə