Uşaqlıq və uşaqlıq yolu vəziyyətləri

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 5 202
  • 0 rəy

Uşaqlıq və uşaqlıq yolu vəziyyətləri.
Normada uşaqlıq kiçik çanağın mərkəzində, simfiz və omadan, habelə çanağın yan divarından eyni məsafədə yerləşir. Uşaqlıq boynunun xarici dəliyi aşağı və geri çevrilmiş vəziyyətdə olur. Beləliklə uşaqlığın tipik vəziyyəti uşaqlıq cismi ilə boyun arasındakı kor bucaq qasığa tərəf çevrilmiş vəziyyət hesab edilir (antefleksio, anteverzno).
Uşaqlığın normal vəziyyətdə durmasına uşaqlıq bağları, əzələlər və çanaq dibi fasiyaları kömək edir.
Uşaqlığın normal vəziyyətini təmin edən faktorlar aşağıdakılardır:
– cinsi hormonların səviyyəsi
– cinsi orqanların tonusu
– qarın boşluğu orqanları
– diafraqma
– qarın presi
– çanaq dibi əzələləri
– göstərilən faktorların qarşılıqlı əlaqəsi.
Uşaqlıq və uşaqlıq yolunun düzgün olmayan vəziyyətləri aşağıdakılardır:
* uşaqlığın bütünlüklə şaquli olması
* uşaqlığın bütünlüklə üfüqi müstəvi boyunca yerdəyişməsi
* uşaqlığın sallanması
* uşaqlığın düşməsi
* uşaqlığın bükülməsi.
Yuxarıda sadalananlara diaqnozun qoyulması üçün ginekoloqun və müxtəlif müayinə metodlarının nəticələri əsas götürülür.
Müalicə cərrah-ginekoloqlar tərəfindən müxtəlif üsullarla aparılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Uşaqlıq və uşaqlıq yolu vəziyyətləri" haqqında müzakirə