Yumurtalıqların anadangəlmə qüsurları

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 2 336
  • 0 rəy

Yumurtalıqların anadangəlmə qüsurları.
İnfantilizm.
İnfantilizm  15-dən  yuxarı  yaşlarda  müəyyənləşdirilən,  yumurtalıqların  hipofunksiyası  və inkişafdan  qalması  ilə  xarakterizə  olunan  bir  xəstəlikdir.  İnfantilizmin  2  növü  ayırd  edilir:
* cinsi infantilizm
* ümumi infantilizm.
Xəstəliyin  hər  iki  növü  orqanizmdə  patologiya  yaradarsa,  erkən  diaqnoz  qoymaq  olur.
Etiologiyası:
İnfantilizmin  əmələ  gəlmə  səbəbləri  arasında  gen  pozğunluqları,  bətndaxili  inkişaf  dövründə ağırlaşmalarla  yanaşı,  həmçinin  qidalanma  pozulması (avitaminoz),  uşaq  infeksiyaları,  tonzillit, revmatizm,  yumurtalıqlarda  keçirilən  əməliyyatların  da  rolu  olduğu  bildirilir. İnfantilizm  zamanı  yumurtalıqların  qonodotrop  hormonlara  olan  həssaslığı  artır. Digər  yandan  isə  uşaqlıq, uşaqlıq  yolu  və  süd  vəzilərinin  də  steroid  hormonlara  qarşı  həssaslığı  artır. İnfatilizm  zamanı estrogen  reseptorlarının  sayının  azalması  ilə  əlaqədar  olaraq  uşaqlığın  yığılma  qabiliyyəti  azalır.
İnfantil  qızlar  adətən  alçaq  boylu, nazik  bədənli  olurlar. Onların  çanaqları  bərabər  şəkildə daralmış  vəziyyətdə  olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Yumurtalıqların anadangəlmə qüsurları" haqqında müzakirə