Vaginada yaranan qaşıntının səbəbləri

  • Müəllif: sahane
  • Tarix: 2 fevral 2018
  • Baxış sayı: 4 876
  • 0 rəy

Cinsi orqanda meydana gələn qaşıntının bir çox səbəbi mövcuddur.

Bəs cinsi orqanda qaşıntı hansı xəstəliklərin xəbərçisi ola bilər?

Ən əsas səbəblərdən biri həmin nahiyyənin kifayət qədər təmizlənməməsidir.

Digər səbəblərdən biri isə kandida adlanan göbələk xəstəliyidir. Bu, adətən cinsi münasibətlə keçir. İrəliləyən problem iltihaba çevrilir. Bu səbəbdən qaşıntılar diqqətə alınmalı və gec olmadan həkimə gedilməlidir.

Bel soyuqdəyməsi, herpes kimi xəstəliklər cinsi orqanda qaşıntı meydana gətirə bilər.

Həmçinin ekzema, sədəf kimi xəstəliklər zamanı da belə qaşıntılar meydana çıxa bilər.

Bundan əlavə olaraq istifadə edilən gellər də qaşıntı yarada bilər.

Qaşıntıya əsas səbəb isə istifadə edilən tualet kağızlarıdır. Keyfiyyətsiz tualet kağızları vaginada qaşıntı yaradır ki bu da get-gedə xəstəliyə çevrilə bilər. Bunun üçün ginekoloqa müayinəyə gedilməlidir. Həkim tərəfindən lazımi bitki çayları ilə yuyunma, gellər, mazlar yazılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Vaginada yaranan qaşıntının səbəbləri" haqqında müzakirə