UŞAQLIQ YOLUNUN ŞİŞLƏRİ

  • Müəllif: elnare
  • Tarix: 8 yanvar 2017
  • Baxış sayı: 4 666
  • 0 rəy

UŞAQLIQ YOLUNUN ŞİŞLƏRİ.
Uşaqlıq yolunun xoşxassəli şişlərinə az rast gəlinir. Adətən onlar gənc qadınlarda yumurtalıq artımının boylama axacığından və ya embrional toxuma qalıqlardan inkişaf edir.
Uşaqlıq yolunun şişlərinin çox zaman heç bir əlaməti olmur və təsadüfi baxış zamanı aşkar edilir. Simptomlar yalnız şiş çox böyüyüb irinlədikdə, sidik kisəsi və düz bağırsaq funksiyasını pozduqda baş verir.
Uşaqlıq yolunun fibromioması ayaqcıq və ya enli əsas üzərində durub tək düyün şəklində rast gəlinir, palpasiyada ağrılı, bərk və hərəkətli olur.
Son diaqnoz xaric olunmuş şişin histoloji müayinəsinə əsasən qoyulur.
Uşaqlıq yolunun bütün xoşxassəli şişlərinin müalicəsi cərrahi yolla aparılır.
Uşaqlıq yolunun xərçəngönü xəstəliklərinə eritroplakiyalar, atipik leykoplakiyalar, displaziyalar aid edilir.
Uşaqlıq yolunun bədxassəli şişlərinə xərçəng və sarkoma aiddir. Bu xəstəlik qadın cinsiyyət uzvlərinin bədxassəli şişlərinin 3%-ni təşkil edir.
Xəstəliyin erkən mərhələsində simptomlar az nəzərə çarpır. Şiş böyüdükcə və parçalandıqca xəstədə qanaxmalar, qarının aşağı hissəsində ağrılar artmağa başlayır.
DİAQNOZU: Xəstəliyə diaqoz sitoloji və histoloji müayinənin nəticələrinə əsasən qoyulur. USM VƏ MRT-nin nəticələri diaqnozu təstislənməsində böyük rol oynayır.
MÜAYİNƏSİ: Xəstəliyin müalicəsi cərrahi yolla aparılır. Müştərək olaraq xəstələrə şüa terapiyası da verilir. Xəstəliyin proqnozu qeyri-qənaətbəxşdir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"UŞAQLIQ YOLUNUN ŞİŞLƏRİ" haqqında müzakirə