Prostatın sağlamlığı üçün vacib olan 5 əsas faktor

  • Müəllif: admin1
  • Tarix: 27 dekabr 2016
  • Baxış sayı: 22 775
  • 0 rəy

Prostatın sağlamlığı üçün vacib olan 5 əsas faktor.
Prostat vəzi kişilərin ən vacib orqanlarından biridir. 40 yaşından sonra kişiləri incitməyə başlamasının səbəbi prostat vəzində böyümənin baş verməsidir. Prostat vəzində vaxtından əvvəl böyümənin olmaması üçün 5 əsas ünsürüdən vaxtında və düzənli istifadə etmək lazımdır: 
1. Selenium.
Mütəxəssislər gün ərzində qidadan əlavə 200 mq selenium qəbul edən kişilərdə prostat vəzi xəstəliklərinə və xərçənginə yaxalanma riskinin minimum olduğunu təsdiqləmuşlər. Selenium ən çox fındığın, sağımsağın, göbələyin tərkibində olur.
2. Likopen.
Bir çox mütəxəssislər likopenin prostat xərçənginə qarşı qoruyucu təsirə malik olduğunu söyləyirlər. Likopen pomidorun, qarpızın, gavalının, itburnunun, cəfərinin, pul bibərin, qırmızı kələmin tərkibində olur.
3. D vitamini.
D vitamininin də prostat xəstəliklərinə qarşı qoruyucu təsirə malik olduğu söylənilir. D vitamini günəş işığında, kərə yağında, ceyran ətində, keçi pendirində, yumurtada olur.
4. E vitamini.
E vitamini prostat vəzinin funksiyasının qorunub saxlanılmasında rol oynayan bir vitamindir. Ən çox zeytun yağında, brokkli kələmində, Brüssel kələmində, qırmızı kələmdə olur.
5. Fol turşusu.
Fol turşusu da prostat vəzi xərçənginin əmələ gəlməsini əngəlləyən ünsürlərdən biridir. Fol turşusu ən çox ispanaqda, itburnuda, mərcidə və qırmızı kələmdə olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Prostatın sağlamlığı üçün vacib olan 5 əsas faktor" haqqında müzakirə