Sibir yarası nədir?

  • Müəllif: redaktr
  • Tarix: 8 mart 2017
  • Baxış sayı: 9 965
  • 0 rəy

Sibir yarası kəskin isfeksion xəstəlik olub, xəstə heyvanlardan insana keçərək patologiya əmələ gətirir. Xəstəliyin aşağıdakı formaları var:
- dəri
- bağırsaq
- ağ ciyər
- septik forma.
Xəstəliyin əmələ gəlməsində sibir yarası çöplərinin rolu böyükdür. Çöplər qrammüsbət, hərəkətsiz, iri ölçüdə və orqanizmdən xaricdə yaşayır, sporlar vasitəsilə çoxalırlar. Xəstəlik əmələ gətirən sporlar 30 dəqiqə ərzində 50*C temperaturda məhv olurlar. Sibir yarası septik xarakterə malik olan xəstəlikdir. Xəstəliyi törədən çöplər həm xəstə heyvanın, həm də ona baxan şəxsin ölümünə səbəb olur. Sibir yarası xəstəliyinə ən çox məməli heyvanlar arasında rast gəlinir. Xəstəlik insana heyvanın xarici mühiti xəstəlik əmələgətirən sporlarla çirkləndirməsi nəticəsində baş verir. Heyvanın yunu, tükü, dərisi, istifadə etdiyi su sporlarla zəhərlənir. Onunla təmasda olan insan isə asanlıqla xəstəliyə yoluxur.
Xəstəliyin törədiciləri insan orqanizminə dəri, konyuktiva, həzm sistemi və tənəffüs yolları vasitəsilə daxil olur.
Xəstəlik sibir yarasına xas olan sepsis əlamətləri ilə özünü biruzə verir. Xəstənin dərisində karbunkullar əmələ gəlir, dəri təbəqəsi şişkinləşmiş olur, hemoragik kəskin limfadenit meydana çıxır. Xəstəliyin yüngül formasında serroz hemoragik yaralar baş qaldırır, ağırlaşmış formada isə meninqoensefalit inkişaf edir.
Sibir yarasından sağalan adamlarda yenidən xəstəlik baş vermir, çünki xəstəlik özünə qarşı orqanizmdə immunitet yaratmaq qabiliyyətinə malikdir.
Klinikası
Sibir yarasının inkubasiya dövrü 2-3 gün olur. Xəstəliyə kütləvi yoluxma hallarında isə inkubasiya dövrü bir neçə saata baş verir. Xəstəliyin ən çox dəri forması baş verdiyinə görə dəri əlamətləri meydana çıxır. Xəstənin dərisində qırmızı rəngli ləkələr meydana çıxır. Ləkələr dərialtı toxumanı da əhatə edir. Ləkə qaşınır və bir gün ərzində hemoragik papulaya çevrilir. Sibir yarasına xas ola xüsusiyyət yaranın qısa bir zamanda böyüməsi və yanında yeni bir yaranın əmələ gəlməsidir. Az vaxt ərzində yara böyüməklə yanaşı infiltiratlaşır, ətraf toxumaları zədələyir, irinli kayma əmələ gətirir. Bu zaman xəstənin vəziyyətində dəyişikliklər əmələ gəlir:
* Xəstənin halı pisləşir
* temperatur yüksəlir
* baş ağrıları başlayır
* taxikardiya əmələ gəlir.
Xəstə vaxtında və düzgün müalicə olunarsa, 5-6 gün sonra temperatur düşür, bədəndə əmələ gələn şişkinlik azalır, limfodenit əlamətləri zəifləməyə başlayır. Sibir yarasının bağırsaq forması özünü mədə-bağırsaq infeksiyaları əlamətləri ilə göstərir. Xəstədə intoksikasiya əlamətləri meydana çıxır. Xəstəliyin ağciyər forması isə ümumi intoksikasiya əlamətləri ilə yanaşı sinədə ağrı və təngnəfəsliklə müşayiət edilir.
Xəstəlik vaxtında aşkarlanmasa sibir yarası infeksiyası ümumi sepsis əlamətləri verir, xəstədə qusma əmələ gəlir və xəstə komaya düşür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Sibir yarası nədir?" haqqında müzakirə