Quş qripi

  • Müəllif: admin1
  • Tarix: 25 dekabr 2016
  • Baxış sayı: 3 992
  • 0 rəy

Quş qripi
Qripin bu növü quşlar arasında daha çox yayılmışdır. Xəstəlik ilk dəfə 100 il əvvəl İtaliyada qeydə alınmışdır. Xəstəliyin 135 növü, 46 variantı var. Quş qripi 24 növ patogen quşlar tərəfindən insanlara yoluxur.
İnsanlara yoluxan quş qripi virusu H5N1 adı altında 1997 – ci ildən yer kürəsinin bir çox ölkələrində insan ölümünə səbəb olmuşdur.
Xəstəlik quşlardan insana keçməklə yanaşı insandan insana da keçə bilir. Virusun yayılmasının qarşısını heç nə ilə almaq olmur, o günü-gündən aqressivləşir. Xəstəlik səbəbindən indiyə qədər 150 milyon adamın öldüyü qeydə alınmışdır. Xəstəliyin 10 ölkədə geniş yayıldığı ÜST tərəfindən təsdiqlənmişdir.
Xəstəlik çöl quşlarından ev quşlarına, onlardan da insanlara yoluxur.
Quş qripinin inkubasiya dövrü 2-3 gündür. Xəstəlik kəskin əlamətlərlə başlayr, xəstədə yüksək qızdırma, mialqiya, zökəm əlamətləri, kataral əlamətlər özünü göstərir. Xəstənin boğazında ağrılar və udqunmada çətinliklər meydana çıxır. 50% xəstələrdə diareya əlamətləri özünü göstərir. Xəstələrdə quru öskürək, səsdə xırıltılar, aşağı arterial təzyiq, dəridə sianoz, baş ağrıları, ürəkbulanma, qusma əlamətləri meydana çıxır. Uşaqlarda meningit, ensofalit əlamətləri özünü göstərir. Quş qripi zamanı xəstələrdə aşağıdakı patologiyalar meydana çıxır:
– böyrəklərin zədələnməsi, kreatininemiya
– qaraciyərin zədələnməsi, hiperfermentamiya
– leykopeniya, EÇS-in yüksəlməsi, trombositopeniya
– hemorragik sindrom
– diareya
– pnevmoniya
– stress sindromları.
Differensial diaqnostika zamanı aşağıdakı xəstəliklərin əlmətləri özünü gəstərir:
– paraqripp
– pnevmoniya
– adenovirus infeksiya xəstəlikləri
– rinovirus infeksiyası.
Xəstəliyin müalicəsində antibiotiklərdən, edamantanlardan, simptomatik müalicə üsullarından, kortikosteroidlərdən istifadə edilir.
Xəstəliyin gedişi bədxassəlidir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Quş qripi" haqqında müzakirə