Yenidoğulmuşların herpes infeksiyası

  • Müəllif: redaktr
  • Tarix: 21 yanvar 2017
  • Baxış sayı: 2 876
  • 0 rəy

Yenidoğulmuşların herpes infeksiyası
Yenidoğulmuşlarda herpesin inkişafı ana bətnində gizli inkişafdan meydana gəlir.İnfeksiyanın gizli dövrü ana bətnində baş verə bilir və 2-30 gün baş verir.Xəstəliyin kliniki əlamətləri doğumdan 24-48 saat sonra baş verir.Bu zaman körpənin dəri və selikli qişalarında suluqlarla yanaşı mərkəzi sinir sisteminin zədələnməsi,ağ ciyər,qara ciyər xəstəlikləri və qanaxmalar müşahidə edilir.Xəstəliyin 3 kliniki forması ayırd edilir:
- dəri-selikli qişa
- yayılmış forma
- meninqoensefalit forma
Xəstəliyin yerli forması yenidoğulmuşların dəri-selikli qişalarında,ağızın,gözlərin,burunun,udlağın,qırtlağın,traxeyanın selikli qişasında vezikulların əmələ gəlməsi ilə özünü göstərir.
Xəstəliyin yayılmış forması yenidoğulmuşlarda ekzema,şiş xəstəliyi,immun çatışmzalığı olan,immunodepressantlar alan uşaqlarda daha çox müşahidə edilir.
Dəri və selikli qişa forması 10-15% uşaqlarda rast gəlinir.Bu zaman digər orqanlarda da zədələnmələr baş verir,hiperaktivlik və qıcolma sindromu baş verir.Yenidoğulmuşlarda herpes xəstəliyi orqanizmdə aşağıdakı patologiyaların əmələ gəlməsinə səbəb olur:
- ağ ciyərlərin zədələnməsi
- sianoz
- təngnəfəslik
- pnevmoniya əlamətləri
- hemorragik sindrom
- mədəcikdaxili qanaxmalar
Diaqnoz xəstəliyin kliniki əılamətlərinə və qanın analizlərinə əsaslanaq qoyulur.
Müalicə uşaq ana bətnində olarkən başlanılır.Müalicə zamanı asiklovir,vansiklovir preparatları ilə aparılır.Anaya interferon,C və E vitaminləri,jenşen kökü təyin edilir.Dekaris hamiləliyin 14-16-cı həftəsindən təyin edilir.Hamilə qadında herpes infeksiyası ilə bərabər digər infeksiya da olarsa bu zaman müalicəyə antibiotik də qoşulur.
Xəstəliyə yoluxmamaq üçün hamilə və zahı qadınlar herpes infeksiyalı xəstələrdən tədric olunmalıdırlar.Çünki,hamiləlik zamanı herpes infeksiyasının olması və müalicə edilməməsi uşaqsalmaya səbəb ola bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Yenidoğulmuşların herpes infeksiyası" haqqında müzakirə