TÜLAREMİYA

  • Müəllif: admin
  • Tarix: 25 dekabr 2016
  • Baxış sayı: 302 852
  • 0 rəy

 

TÜLAREMİYA.
Tülaremiya zoonoz mənşəli kəskin infeksion xəstəlik olub, bakteriemiya, intoksikasiya, limfodenit, gözün, udlağın selikli qişasının və daxili orqanların zədələnməsilə özünü gostərir. Xəstəlik residiv verir və bəzən xroniki hala keçir.
Xəstəliyin törədicisi qrammənfi bakteriyadır. Xəstəliyin mənbəyi gəmiricilərdir. Ev siçovulu, ev siçanı, qoyun, donuz, qaramal, dovşanlar bakteriyanın əsas gəzdiriciləridir. Xəstəlik adətən düzən yerlərdə olur, endemik xarakter daşıyır.
Tülameriya müxtəlif yollarla yayılır:
– xəstə heyvanların ifrazatlarından, çirklənmiş ərzaq məhsullarından
– çirkli gölməçələrdən
– xəstə heyvanın dərisinə, ətinə, sümüklərinə toxunduqda
– kənd təssərüffatı işçilərinə xəstə heyvanların toxunduğu, bulaşdırdığı otlardan
– gənə, ağcaqanad, birə, mığmığa vasitəsilə
Xəstəlik törədən bakteriyalar dəri və selikli qişalardan daxil olur. Mikrob ilk növbədə limfa düyünlərinə keçir, orada sürətlə çoxalmaqla yanaşı, vəzin iltihabını törədir. Mikrobun endotoksini limfa baryerini pozur, qana keçir, kəskin intoksikasiya törədir. Xəstədə üşütmə, qızdırma, bütün bədəndə ağrı olur. Xəstənin ürək, qan-damar sistemində , sinir sistemində dəyişikliklər baş verir. Tülaremiya meningit, ensofalit, pnevmoniya ilə ağırlaşa bilir.
DİAQNOZ: Tülameriyanı qripdən, pnevmoniyadan, sepsisdən, epidemic parotitdən ayırmaq çətin olur. Buna görə də həkim diaqnoz qoyarkən diqqətli olmalıdır.
MÜALİCƏ: simptomatik əlamətlərə görə aparılır. Xəstəyə antibiotiklər, vitaminlər, ürək qlükozidləri təyin edilir, vaksin vurulur.

PROFİLAKTİKASI: gəmiricilərə qarşı mübarizədən , sanitar maarifləndirmədən asılıdır.

immunitet.az

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"TÜLAREMİYA" haqqında müzakirə