Azərbaycanda geniş yayılmış qurd xəstəliyi

  • Müəllif: redaktr
  • Tarix: 21 yanvar 2017
  • Baxış sayı: 3 942
  • 0 rəy

 Azərbaycanda geniş yayılmış qurd xəstəliyi
Strongilloidoz
Bu parazit xəstliyinin törədicisi Strongyloides Stercoralisdir.Parazitlər 12 barmaq bağırsaq və nazik bağırsağın proksimal hissəsinin selikli qişasında xovların arasında yaşayır.Mayalanmış parazitin qoyduğu yumurtalar bağırsağın mənfəzinə düşür və nəcislə ifraz olunur.
Əlverişsiz şəraitdə insanın ifraz etdiyi sürfələr 12-48 saatdan sonra filyarı şəkilli sürfəyə çevrilir və dərinin zədələnmiş yerlərindən,ağızın və yemək borusunun selikli qişalarından orqanizmə daxil olur.Qəbizlik və bağırsaqda divertikula olduqda sitostatik dərmanlardan və müxtəlif səbəblərdən bağırsaqlarda süfrələrə çevrilir.
Xəstəliyin mənbəyi insanlar və itlər olur.İnsanlar xəstəliyə sürfə ilə yoluxmuiş torpağa toxunduqda su və ərzaq məhsulları vasitəsilə yoluxur.Dəriyə düşən sürfə qan damarları vasitəsilə ağ ciyərlərə,tənəffüs yollarına keçərək nazik bağırsağa gəlir və orada parazitar funksiyasını həyata keçirməyə başlayır.
Strongilliodoz bağırsaqlarda mexaniki zədələnmələrə səbəb olur və orqanizmdə aşağıdakı patologiyaların əmələ gəlməsinə səbəb olur:
- damar keçiriciliyin artması
- aralıq toxumanın ödemi
- damar divarının infiltirasiyası
- pnevmoniya ocaqları
- xoralı qastro-duodenit
Xəstəliyin mədə-bağırsaq,allergik və qarışıq forması ayırd edilir.Hər bir forma orqanizmdə öz adına uyğun patologiyalar əmələ gətirir.
Diaqnoz nəcisdə parazit yumurtalarının tapılması ilə təsdiqlənir.
Müalicə zamanı dəfələrlə tətbiq olunmaqla qurd əleyhinə dərman preparatlarından istifadə etməklə həyata keçirilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Azərbaycanda geniş yayılmış qurd xəstəliyi" haqqında müzakirə